Maşın nömrələrinin satışı adı ilə dələduzluq edirlər - DYP vətəndaşlara çağırış etdi - VİDEO

Sosial şəbəkələrdə və müxtəlif onlayn satış platformalarında avtomobillərin dövlət qeydiyyat nişanları bəzi işbazlar tərəfindən fantastik qiymətə satılır.
Mövzu ilə bağlı ekspert Elməddin Muradlı xəbərdarlıq edib ki, nömrə sahibi dövlət qeydiyyat nişanını kiməsə verə və ya bağışlaya bilməz:
"Dövlət qeydiyyat nişanlarının satışı yalnız dövlətin səlahiyyətindədir. Kiminsə adına rəsmiləşdirilmiş nömrə varsa, onu yalnız öz adına avtomobili qeydiyyata saldırdığı zaman Dövlət Yol Polisindən təhvil ala bilər".
Baş Dövlət Yol Polisi İdarəsi də məsələ ilə bağlı açıqlama verib.
Qurumun Mətbuat Xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib ki, bu cür satış elanları qanunsuzdur:
"Dövlət qeydiyyat nişanlarının ayrıca satılması qanunsuzdur və dələduzluq əlaməti daşıyır. Bəzi internet resurslarında absurd məbləğlərə nömrə satışı ilə bağlı elanlar yerləşdirilir. Bu elanlar vasitəsilə vətəndaşların aldadılması, onlardan beh və müxtəlif ödənişlərin alınması faktları aşkarlanır. Araşdırmalar göstərir ki, satışa çıxarılan nömrələrin çoxu başqa şəxslərin adına rəsmiləşdirilib və sahibləri bundan xəbərsizdirlər. Qanunvericiliyə görə, dövlət qeydiyyat nişanı ayrıca satıla bilməz. Nömrə yalnız avtomobillə birlikdə alıcıya təqdim edilə bilər".
Qeyd edək ki, 2022-ci ilin yanvarından dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumlar aşağıdakı kimi müəyyən edilib:
- 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 üçün müxtəlif hərfli seriya - 2000 manata, eyni hərfli seriya 3000 manata;
- 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün müxtəlif hərfli seriya - 1500 manata, eyni hərfli seriya 2000 manata;
- 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün müxtəlif hərfli seriya - 1000 manata, eyni hərfli seriya 1500 manata.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












