Nizamidə piyadaların maarifləndirilməsi ilə bağlı tədbirlər keçirildi - VİDEO

Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində piyadalarla bağlı maarifləndirici tədbir həyata keçirib. Avtosfer.az xəbər verir ki, tədbir əsasən rayonun Qara Qarayev prospektində təşkil olunub. Piyada zolağı və yeraltı keçid olduğu halda həyatını təhlükəyə ataraq haradan gəldi yolu keçən piyadalarla söhbət aparılıb.
DYP əməkdaşları tərəfindən piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirilməsi məqsədilə nəzarət tədbirləri gücləndirilib. Rayonun müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması da tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub.
Həmçinin piyadalar yol-hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb. Onların hər biri ilə maarifləndirici söhbətlər aparılıb, “Yol-hərəkəti haqqında” qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verilib.
Tədbirlər həmçinin rayon ərazisində yerləşən idarə və müəssisələrin kollektivinin iştirakı ilə də təşkil edilib. Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli, Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş leytenantı Tural Kamranzadə və nəqliyyat eksperti Elməddin Muradlı da iştirak edib.
Keçirilən görüşlər zamanı onlara yollarda iş görərkən daha diqqətli olmaları və həyatlarını təhlükəyə atmamaq üçün piyada keçidlərindən istifadənin vacibliyi vurğulanıb. Müəssisələrin təmizlik işçilərinə günün qaranlıq saatlarında xüsusi işıq əksetdirici geyimdən istifadə etmələri tövsiyə edilib.
Səfər
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO


















