Nömrələri pozan sürücüləri hansı cəza gözləyir? - DYP-dən CAVAB

Bəzi sürücülər daha gözəl göründüyünü düşünərək avtomobil nömrələrinin üzərinə həkk olunmuş defis simvollarını silirlər. Bu barədə sosial şəbəkələrdə bəzi görüntülər də yayılıb.
Bəs avtomobil qeydiyyat nişanına müdaxilə edənləri hansı cəza gözləyir?
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, bəzi sürücülər qeyd edilən formada dövlət qeydiyyat nişanına müdaxilə etməsi qayda pozuntusudur.
T.Nəsirlinin sözlərinə görə, bu addım öz növbəsində inzibati məsuliyyət yaradır:
“Belə hal aşkarlandığı təqdirdə sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə əsasən mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə 40 (qırx) manat məbləğində cərimə də nəzərdə tutulub”.(sfera.az)
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












