Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO

Bakıda sürücü yol hərəkəti qaydalarını pozmadığı halda cərimələndiyini iddia edir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Sürücünün sözlərinə görə, hadisə paytaxtın Aşıq Molla Cümə küçəsində baş verib. O bildirib ki, avtomobilini saxladığı ərazidə parklanma xətləri mövcud olsa da, nəqliyyat vasitəsinə cərimə tətbiq olunub:
"Avtomobilimi saxlayan zaman avtobus dayanacağını bildirən xətt görünmürdü. Sağ tərəfimdə digər maşınlar park edilmişdi. Avtomobili saxladığım nöqtədən avtobus dayanacağına qədər olan məsafə təxminən 30 metr təşkil edir".
O əlavə edib ki, xəttin bitməsindən cəmi bir metr sonra avtomobillər üçün parklanma xətti çəkilib:
"Bu vəziyyət ziddiyyət yaradır. Bir tərəfdən parklanma üçün yer ayrılıb, digər tərəfdən isə həmin ərazidə dayanmağa görə cərimə tətbiq olunur".

Baş Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) sorğumuza cavab olaraq bildirilib ki, sürücüyə tətbiq edilən cərimə qanunidir.
Qurumdan qeyd olunub ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasını bildirən 1.17 nişanlanma xəttinə (ziqzaqvari sarı xətt) 15 metrdən az məsafədə digər nəqliyyat vasitələrinin dayanması və durması qadağandır:
"Görüntüdə vətəndaşın avtomobilini park etdiyi yer qanuni parklanma ərazisi deyil. Bu səbəbdən də inzibati tənbeh tədbiri qanunvericiliyin tələblərinə uyğun olaraq tətbiq edilib".
Parklanmanın qadağan olduğu ərazidə niyə sürücüləri çaşdıran xətlərinin olması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR












