Yol polisi “20 Yanvar” dairəsində “sarı tor” nişanlama xətlərinin təşkilinə aydınlıq gətirdi

“20 Yanvar” dairəsində Müzəffər Həsənov, Həsən bəy Zərdabi və Rövşən Cəfərov küçələrinin sözügedən dairə ilə kəsişmələrində 1.25 - “sarı tor” nişanlanma xətləri təşkil edilib. “Sarı tor” nişanlama xətlərinin təşkili həmin ərazidəkı sıxlığa necə təsir edəcək?
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, qeyd edilən ərazidə yarana biləcək sıxlığın, həmçinin baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə BŞDYPİ tərəfindən mütəmadi olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.
“Həmin ərazidə əsasən, sürücülərin yol ayrıcını kobud şəkildə pozması nəticəsində sıxlıq yaranır. Sözügedən nişanlama xətti tələbinin pozulması qanunvericiliyin tələblərinə ziddir”.
T. Nasirli vurğulayıb ki, belə hal aşkarlandığı təqdirdə həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 3 cərimə balı və 100 manat dəyərində cərimə tətbiq olunur./trend

Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












