Yol polisi sürücünü qayda pozduğu üçün saxladı, sonra isə ona kömək etdi – ANBAAN VİDEO

Azərbaycanda polisin vətəndaşlara qayğısı və humanist davranışı bir daha diqqət mərkəzinə çevrilib.
Avtosfer.az xəbər verir ki, paytaxtda baş verən bu hadisə sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. Yol Patrul Xidməti (YPX) əməkdaşları hər zaman olduğu kimi, bu dəfə də vətəndaşın çətin vəziyyətində yardımına yetiblər.
Belə ki, patrul avtomobili hərəkətdə olan bir nəqliyyat vasitəsini saxlayıb. Bu zaman sürücü polislərə avtomobildəki azyaşlının vəziyyətinin qəfil pisləşdiyini bildirərək, təcili şəkildə xəstəxanaya çatmağa kömək istədiyini deyib. Sürücünün vəziyyətini anlayan YPX əməkdaşları dərhal vəziyyəti nəzarətə alaraq, təcili qərar veriblər. Onlar xidməti avtomobillərinə minib, xüsusi siqnal işıqlarını yandıraraq ailənin olduğu nəqliyyat vasitəsinə müşayiət ediblər.
Polis əməkdaşlarının bu addımı nəticəsində uşaq tıxac və digər yol maneələri olmadan xəstəxanaya vaxtında çatdırılıb. Polislərin bu davranışı həm peşəkarlıq, həm də insanlıq nümunəsidir. Onların məqsədi yalnız qayda-qanunu qorumaq deyil, həm də vətəndaşların təhlükəsizliyini və rifahını təmin etməkdir.
Paytaxt yollarında yaşanan bu insani jest polisin vətəndaşa olan səmimi münasibətini və xidmət borcuna vicdanla yanaşdığını bir daha göstərib.
Eltac Zülfüqaroğlu
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












