Yüngül qəza zamanı yerindən tərpənməyən sürücülərə DİN-dən ÇAĞIRIŞ - Kənara çəkilin - VİDEO

Daxili İşlər Nazirliyi yüngül yol qəzaları zamanı sürücülərin hansı addımları atmasının vacibliyini əks etdirən videomüraciət yayıb.
Avtosfer.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, Bakı şəhərinin tıxacalarla məşhur yollarında hərəkətin intensiv olduğu küçə və prospektlərdə xırda avtomobil qəzaları ciddi problemə çevrilir.
Əksər hallarda qəza zamanı tərəflər avtomobillərini yolun hərəkət hissəsində saxlayıb polis əməkdaşlarının və sığorta müfəttişlərinin gəlməsini gözləyirlər. Bu isə digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə maneə törədir və nəticədə ərazidə ciddi tıxacalar yaranır.
Mövcud qanunvericiliyə görə, qəza baş verdikdə sürücülər yolun hərəkət hissəsini boşaltmalı və avtomobillərini təhlükəsiz şəkildə kənara çəkməlidirlər. Bu qaydalara riayət edilmədikdə tıxacalar daha da böyüyür və paytaxtın digər küçə və prospektlərində ciddi hərəkət sıxlığına səbəb olur. Tıxacaların qarşısını almaq üçün bu cür halların nəzərə alınması vacibdir.
Eltac Zülfüqaroğlu
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












