“Zebra”da piyadalara yol verən motosikletçiyə siqnal verdilər, TƏNQİD OLUNDULAR - VİDEO

Paytaxtın Parlament prospektində baş verən hadisə bir daha yol hərəkəti iştirakçılarının məsuliyyətsizliyini gündəmə gətirib. Motosiklet sürücüsünün quraşdırdığı videoregistratora düşən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı motosiklet sürücüsü piyada keçidinə yaxınlaşarkən, keçiddə gözləyən vətəndaşları görüb dərhal saxlayır və onlara yol verir. Lakin arxadan gələn minik avtomobilinin sürücüsü bu davranışı anlayışla qarşılamır və siqnal verərək narazılığını bildirir. Piyada isə yanında azyaşlı uşağın olduğunu deyərək, qorxu və tələsik şəkildə yolu keçməyə çalışır. Piyadaların tam keçməsini gözləmədən həmin avtomobil sürücüsü hərəkətə davam edir və bu davranışı ilə həm piyadanın, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır.
Qeyd olunan görüntülər sosial şəbəkələrdə geniş yayılaraq, ictimai qınaq obyektinə çevrilib. İstifadəçilər sürücünün bu cür məsuliyyətsiz hərəkətini kəskin tənqid edərək bildiriblər ki, yol hərəkəti qaydalarına əsasən, sürücülər piyada keçidində piyadalara tam və təhlükəsiz şəkildə keçmək üçün şərait yaratmalıdırlar.
.jpg)
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə əsasən, gər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.
Hadisə bir daha göstərdi ki, sürücülərin bir qismi yol hərəkəti qaydalarına əməl etməklə yanaşı, humanistlik və anlayış nümayiş etdirməyə də məsuliyyətli yanaşmır. Halbuki bu cür halların qarşısını almaq, təhlükəsiz və mədəni yol hərəkətinin təmin olunmasında hər kəsin rolu vacibdir.
Fidan
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ
Yol polisi bu ərazidə sürücüləri cərimə edə bilər? - QANUNLA BELƏDİR
Yol polisi sərxoş və "avtoş" sürücülərə qarşı reyd keçirdi - VİDEO
Yol polisi güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
Vilayət Eyvazov sıra baxışı keçirib 167 nəfəri işə götürdü - FOTO - VİDEO
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası










