Avtomobillərin qiymətinin düşmə səbəbləri nədir? - ARAŞDIRMA

İkinci əl avtomobillərin bazar dəyərini müəyyən edən bir sıra vacib amillər mövcuddur. Avtomobilin istehsal ili, texniki xidmət tarixçəsi, rəngi, xüsusiyyətləri və sonrakı modellərin çıxması qiymətə təsir edən əsas faktorlar arasındadır.
Avtosfer.az xəbər verir ki, aparılan son araşdırmalar göstərir ki, avtomobilin yürüşü dəyər itkisinə ən böyük təsir göstərən amillərdəndir.
Londonda yerləşən avtomobil satış platformasının apardığı təhlilə görə, avtomobillər zavoddan çıxan andan etibarən dəyər itirməyə başlayır. Ən böyük qiymət düşüşü isə odometrin müəyyən hədləri keçdiyi zaman baş verir. Məlumata görə, avtomobil 10000 mil (təxminən 16000 km) yürüşə çatdıqda, onun bazar dəyəri orta hesabla 22 % azalır.

Ən ciddi dəyər itkisi isə nəqliyyat vasitəsi 32000 kilometrə çatdıqda baş verir. Bu zaman avtomobilin bazar qiyməti 16000 kilometr yürüşə malik analoji avtomobilə nisbətən orta hesabla 24 % aşağı düşür. Araşdırmaya əsasən, avtomobilin yürüşü 96000 kilometrdən çox olduqda dəyəri orta hesabla 64 %azalır.
Bundan əlavə, yürüş 160000 kilometrdən 177000 kilometrə çatdıqda avtomobilin qiyməti daha 19 % aşağı düşür.
Tədqiqat həmçinin avtomobilin yanacaq növünün də dəyər itkisinə təsir etdiyini ortaya qoyub. Benzinlə işləyən avtomobillər ən sürətli amortizasiya tempinə malikdir. Belə ki, benzinlə işləyən avtomobillər 48.000 kilometr yürüşdən sonra dəyərinin 38 % itirir. Elektromobillərdə bu göstərici cəmi 26 %. Hibrid avtomobillər isə ən aşağı dəyər itkisi ilə seçilir – cəmi 11 %.
Mütəxəssislərin fikrincə, “Tesla” və “Polestar” kimi elektromobil markaları bazarda ən aşağı amortizasiya dərəcəsinə sahibdir və uzunmüddətli dövrdə daha sabit dəyər saxlayır. Bundan əlavə, avtomobil istehsalçılarının əksəriyyəti elektrik avtomobillərinin batareyalarına 8 il zəmanət verdiyi üçün bu modellər ikinci əl bazarında daha cəlbedici görünür.
Buna baxmayaraq, ikinci əl avtomobil alıcıları arasında aparılan sorğular göstərir ki, sürücülərin elektromobilə keçməməsinin başlıca səbəbi hələ də onların yüksək ilkin satış qiymətidir.
Eltac Zülfüqaroğlu
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...










