ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi

ABŞ-də avtomobil sənayesini təmsil edən 6 birlik Çinli avtomobil istehsalçılarına qarşı mövcud siyasətin davam etdirilməsi ilə bağlı Prezident Donald Trampa müraciət edib.
Avtosfer.az xəbər verir ki, birliklərin rəhbərləri Çinin dövlət başçısı Si Cinpinin gələn həftə Vaşinqtona gözlənilən səfəri öncəsi Trampa məktub göndərərək, ABŞ-də avtomobil satmaq, idxal etmək və ya istehsal etmək istəyən Çin şirkətlərinə “qapını qəti şəkildə bağlı saxlayan siyasətin” davam etdirilməsini istəyiblər.
Müraciəti Avtomobil İnnovasiyaları Alyansı, Amerika Avtomobil Siyasəti Şurası, Avtomobil Təchizatçıları Assosiasiyası, Milli Avtomobil Dilerləri Assosiasiyası, “Cars Drive America Forward” və Sıfır Emissiyalı Nəqliyyat Alyansının rəhbərləri imzalayıb.
Məktubda Çinli avtomobil istehsalçılarına ABŞ-də istehsal imkanı yaradılmasının “ədalətli rəqabətə zərər verəcəyi” bildirilib. Bunun ABŞ-də avtomobil istehsalının artırılması, təchizat zəncirlərinin gücləndirilməsi və qlobal avtomobil bazarındakı problemlərin qarşısının alınması istiqamətində hökumətin əldə etdiyi irəliləyişi riskə ata biləcəyi qeyd olunub.
Sənəddə Çinli avtomobil istehsalçılarının ABŞ bazarında hazırda payının olmadığı vurğulanıb. Onlara ölkədə istehsal müəssisələri açmağa icazə verilməsinin ABŞ-də fəaliyyət göstərən istehsalçıların hesabına Çin şirkətlərinə bazarda “dayaq nöqtəsi” qazandıra biləcəyi iddia edilib.
Həmçinin bildirilib ki, belə bir addım ABŞ-də yeni istehsal sahələrində məşğulluğun artmasına səbəb olmayacaq. Əksinə, iş yerlərinin uzun illərdir ABŞ-yə investisiya yatıran istehsalçılardan Çin hökumətinə məxsus və onun tərəfindən idarə olunan şirkətlərə keçə biləcəyi irəli sürülüb.
Avtomobil birlikləri Çin avtomobillərinin ABŞ-də yığılmasının əlaqəli avtomobillərlə bağlı təhlükəsizlik risklərini aradan qaldırmayacağını da müdafiə edib. Məktubda bu zavodların Çinli təchizatçılardan və Çin mənşəli komponentlərdən asılı olaraq qalacağı qeyd olunub.
Məktubda avtomobil sənayesinin qabaqcıl istehsal və müdafiə infrastrukturu üçün əsas təşkil etdiyi, fövqəladə vəziyyətlər zamanı ölkənin ehtiyaclarına cavab verə biləcək imkan və işçi qüvvəsinə malik olduğu vurğulanıb.
“Bu infrastruktur bir dəfə zəiflədildikdən sonra onu bir gecədə yenidən qurmaq mümkün deyil”, – deyə məktubda bildirilib.
Eltac Zülfüqaroğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












