Elektrik avtomobillərində gizli nasazlıq: Batareya problemi yaşanır

“Hyundai” və “Kia” markalı bəzi elektrik avtomobillərində 12 voltluq batareyanın sıradan çıxması sürücülər üçün ciddi problemə çevrilib.
Batareyanın dəyişdirilməsi və proqram təminatının yenilənməsinə baxmayaraq, bəzi avtomobillərdə nasazlığın təkrarlandığı bildirilir.
Avtosfer.az xəbər verir ki, problemin əsas səbəbi avtomobilin şarj sistemində yerləşən ICCU adlı elektron qurğunun nasazlığıdır. Bu qurğu yüksək gərginlikli batareyadan aldığı enerjini 12 voltluq batareyaya ötürür. Qurğunun sıradan çıxması kiçik batareyanın enerji ilə təmin olunmamasına və nəticədə boşalmasına səbəb ola bilər.
Nasazlıq yarandıqda avtomobilin qapılarını açmaq, mühərriki işə salmaq mümkün olmaya, bəzi hallarda isə hərəkət zamanı güc itkisi baş verə bilər.
Norveçdə bir “Hyundai Ioniq” sahibinin avtomobilində iki il ərzində 12 voltluq batareyanın 9 dəfə boşaldığı bildirilir. Avtomobil ümumilikdə 63 gün servisdə qalıb, batareyası isə iki dəfə dəyişdirilib. Mübahisə məhkəməyə qədər gedib və avtomobil sahibinin xeyrinə qərar çıxarılıb. Digər oxşar hadisədə isə avtomobili 9 həftə servisdə qalan sürücüyə 40 min Norveç kronu təzminat ödənilməsi qərara alınıb.
Problemdən təsirlənən modellər arasında “Hyundai Ioniq 5”, “Ioniq 6” və “Kia EV6” da var. Şirkətlər nasazlığın aradan qaldırılması üçün bəzi avtomobilləri geri çağırıb, proqram təminatını yeniləyib və elektron qurğuları dəyişdirib. Lakin bəzi sürücülərin şikayətlərinin davam etdiyi bildirilir.
Bundan başqa, 2026-cı ildə müəyyən istehsal dövrlərinə aid modellərdə ICCU qurğusunun zəmanət müddətinin 15 il və ya 300 min kilometrədək uzadıldığı açıqlanıb. Bununla belə, zəmanət şərtləri bütün avtomobillərə şamil edilmir.
Eltac Zülfüqaroğlu
Çin avtomobilləri ilə bağlı daha bir QADAĞA
İlk avtomobili atla ötmək mümkün idi - FOTO
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları












