Aksiz vergisi bu maşınlara tətbiq edilməyəcək – Qiymət artımı hansılara aiddir? - AÇIQLAMA

Aksiz vergisində nəzərdə tutulan dəyişikliklər gələn ildən etibarən avtomobil bazarına ciddi təsir göstərə bilər. Xüsusilə istehsal tarixi 7 ildən çox olan avtomobillər üçün aksiz dərəcələrinin artırılması, həm satıcılar, həm də alıcılar arasında narahatlıq yaradıb. Yeni qaydalara əsasən, benzin mühərrikli avtomobillərə 1,5, dizel mühərrikli avtomobillərə isə 2 dəfə əmsal tətbiq olunacaq. Bu isə köhnə avtomobillərin idxalını xeyli bahalaşdıra və nəticə etibarilə bazarda qiymət artımına səbəb ola bilər.
Ekspertlərin fikrincə, dəyişikliklərin məqsədi avtomobil parkının yenilənməsini stimullaşdırmaq, ekoloji cəhətdən daha təmiz və təhlükəsiz avtomobillərin ölkəyə gətirilməsini təşviq etməkdir. Lakin eyni zamanda bu addım, xüsusilə aşağı gəlirli vətəndaşların yeni və ya nisbətən təzə avtomobil alma imkanlarını məhdudlaşdıra bilər.
Çünki qiymət artımı fonunda ikinci əl avtomobillərə tələbat daha da yüksələcək, bu da bazarda süni bahalaşma yarada bilər.
Bəzi iqtisadçılar isə bildirirlər ki, yeni aksiz sistemi uzunmüddətli dövrdə daha sağlam bazar formalaşdıra bilər. Lakin qısa müddətdə həm satışlarda durğunluq, həm də avtomobil yenilənməsində gecikmələr müşahidə olunacaq.
Bütün bu amilləri nəzərə alaraq, belə bir sual ortaya çıxır: Aksiz vergisində edilən dəyişikliklər ölkənin avtomobil bazarını müasirləşdirəcək, yoxsa avtomobil parkının yenilənməsini daha da gecikdirəcək?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, 7 ildən çox yaşı olan, xüsusən də mühərrik həcmi böyük olan avtomobillərin idxal qiymətləri kəskin bahalaşacaq:

“Çünki Azərbaycan avtomobil istehsal ölkəsi deyil və bunları idxal edir. Bu baxımdan da köhnə avtomobillərə yüksək aksiz vergisi təyin edilməsi onların idxal qiymətlərini bahalaşdıracaq və bazara gəlməsini məhdudlaşdıracaq.
Bu qərarın özü ölkədə avtomobil bazarının yenilənməsinə xidmət edən qərardır. Çünki köhnə avtomobillərə tətbiq edilir, yeni avtomobillərə isə edilmir. Bu baxımdan, bu qərarın avtomobil parkının yenilənməsinə mənfi yox, müsbət təsiri olacaq. Alıcılar da qiymət bahalaşdığına görə 7 ildən az yaşı olan avtomobilləri ölkəyə gətirməyə üstünlük verəcəklər. Bu da avtomobil parkının daha da sürətli yenilənməsinə təkan verəcək”.
Eltac Zülfüqaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












