Avropalılar özünə Çindən maşın gətirə bilərmi? - Beynəlxalq TƏCRÜBƏ

İlk baxışda çətin heç nə yoxdur: internetdən sifariş ver, ödəniş et, maşın dediyin ünvana 2-3 aya çatdırılsın. Sifariş mexanizmi ölkəyə görə çox da dəyişmir. Ticarət baxımından Azərbaycanla Almaniya arasında ciddi fərq yoxdur. Bəs maşın gəldikdən sonra hansı prosedurlar həyata keçməlidir?
Avtosfer.az xəbər verir ki, Avropa İttifaqı ölkələrinə üçüncü ölkədən şəxsi istifadə üçün maşın gətirmək üçün ciddi bürokratik prosedurlar mövcuddur. Başlıca şərt avtomobilin Avropa normalarına uyğunluğudur.
Şəxsi istifadə üçün özünə avtomobil gətirən şəxs Avropa İttifaqı normalarına uyğunluq sertifikatı təqdim etməlidir. Məsələni konkret model və ölkə üzərində izah edək.
Fərz edək ki, Fransa vətəndaşı Çindən “Toyota Camry” və ya Dubaydan “Chevrolet Camaro” alaraq vətənə gətirib. Sertifikatı satıcı verməli olduğu halda, sənədi nə Dubayda, nə də Pekində əldə etmək mümkün deyil. Çünki bu regionlarda satılan modellər Avropa standartlarına uyğun deyil.
Qanuna görə, sertifikat olmadığı təqdirdə şirkətin Fransadakı nümayəndəliyinə müraciət edilərək müvafiq rəy almalıdır. Bəs “Toyota”nın Parisdəki nümayəndəsi Çin bazarı üçün istehsal olunmuş maşının Avropa sisteminə uyğunluğuna dair sənəd verəcəkmi? Cavab məlumdur.
Bundan əlavə, idxal edilmiş avtomobildə interfeysin, səsli xəbərdarlıqların dili Avropa dillərinin birində (əsasən ingilis, alman və ya fransız) olmalıdır. Bir haşiyə çıxım ki, Azərbaycan bazarında Koreya və Çin dillərində “danışan” maşınların sayı-hesabı yoxdur.
Əlavə olaraq, cihazlar lövhəsində sürət kilometrlə göstərilməli, sağdakı fara daha uzağı işıqlandırmalı, güzgülər 2010-cu ildəki normalara uyğun olmalıdır. Avtomobilin Avropa ekoloji normalarına uyğunluğu mütləq zərurətdir.
Parametrlərin hanısa biri uyğun olmadıqda avtomobildə məcburi omoloqasiya (məhsulun müəyyən standartlara və istehsalçı tələblərinə uyğunlaşdırılması) tətbiq edilir. Bu prosedur avtomobil sahibinə 5000 – 50 000 avro arası başa gələ bilər.
Bu səbəbdən özü Çindən və ya Dubaydan avtomobil sifariş edənlərin sayı azdır. Kiminsə paralel ixracla məşğul olması isə ümumiyyətlə çətin prosedurdur. Əvvəla, bu işlə vergi ödəyicisi kimi qeydiyyatda olan hüquqi şəxs məşğul olmalıdır. İkinci, satılan hər bir təzə məhsul kimi avtomobilə də azı 1 il zəmanət verilməlidir. “Bir il ərzində nə olsa mənlikdir”, “kişi kimi danışmışıq” ifadələri Avropa üçün keçərli deyil. Şərqsayağı “bazardan çıxana qədər” zəmanət isə ümumiyyətlə qanun pozuntusudur.
Vüqar Yaşaroğlu
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












