Banner

Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO

Avtodünya 11 Noyabr 2026 17:39
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI  - FOTO
WhatsApp kanalımıza abunə olun

Almaniyanın avtomobil nəhəngi "Audi" 32 ildirdir istehsal etdiyi lüks sedan modeli "A8"in istehsalını tamamilə dayandırıb.

Avtosfer.az xəbər verir ki, dörd nəsil boyunca avtomobil dünyasında xüsusi yer tutan modelin sonuncu nüsxəsi oktyabrın ortalarında Almaniyanın Nekkarzulm şəhərindəki zavodda konveyerdən enib.

"Audi" fevralın 18-dən etibarən Almaniyada "A8" modeli üçün xüsusi sifarişlərin qəbulunu dayandırıb.

"A8"in istehsalının dondurulması ilə Nekkarzulm zavodunda boşalan montaj xətlərindən bundan sonra "A5 Sedan" və "A5 Avant" modellərinin istehsalında istifadə olunacaq.

Tam 32 yıldır üretiliyordu! Otomotiv devi fişini çekti

İlk dəfə 1994-cü ilin martında Cenevrə Avtomobil Sərgisində təqdim olunan "Audi A8" markanın daha əvvəlki "Audi V8" modelini əvəzləyib.

Alüminium gövdəli "Audi Space Frame" texnologiyası ilə diqqət çəkən avtomobil yüngül konstruksiyası və innovativ təchizatı ilə lüks sedan sinfində özünə möhkəm yer tutdu.

"Mercedes-Benz S-Class" və "BMW 7 Series" kimi iddialı rəqiblərlə mübarizə aparan "A8" dörd nəsil boyunca brendin komfort, texnologiya və mühəndislik sahəsindəki yeniliklərini nümayiş etdirdiyi əsas model olub. İstehsalı başa çatan "D5" kodlu dördüncü nəsil 2017-ci ildə təqdim edilib, 2021-ci ildə isə geniş restaylinq olunub.

Tam 32 yıldır üretiliyordu! Otomotiv devi fişini çekti

"Audi A8"in satış göstəriciləri son illərdə hiss olunacaq dərəcədə aşağı düşüb. Modelin 2025-ci ildəki satışları əvvəlki illə müqayisədə təxminən 14 faiz azalıb. Lüks avtomobil bazarında SUV modellərinə tələbatın artması və ənənəvi sedanların sıxışdırılması "A8"in gələcəyini sual altına qoyub.

Lakin mövcud nəslin istehsalının bitməsi modelin tamamilə tarixə qovuşması anlamına gəlməyə bilər. "Audi A8" məhsul qrupunun sözçüsü Marsel Bestle ilin əvvəlində yeni nəsil model barədə qərar qəbul edildiyini və avtomobilin 2020-ci illərin sonuna doğru təqdim olunmasının hədəfləndiyini bildirib. Almaniya avtomobil mətbuatının iddialarına görə, yeni model "Porsche Panamera" platforması üzərində hazırlana və Leypsiqdəki zavodda istehsal oluna bilər. Həmçinin Çin bazarı üçün "Huawei" texnologiyalarından istifadə edilən fərqli model üzərində işlənildiyi də vurğulansa da, bu məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb.

"A8"in istehsaldan çıxarılmasından sonra brendin model sırasındakı ən üst pilləyə iyul ayında təqdim olunan "Q9" yerləşib. Xüsusilə ABŞ bazarındakı müştərilərin tələbləri nəzərə alınaraq hazırlanan lüks SUV 5,31 metr uzunluğu və 3,14 metrlik oxlararası məsafəsi ilə markanın ən nəhəng modellərindən biridir.

Tam 32 yıldır üretiliyordu! Otomotiv devi fişini çekti

Standart olaraq 7 yerlik oturacaq düzülüşü təqdim edən "Q9"da ikinci sırada iki müstəqil elektrikli oturacağın yerləşdiyi 6 nəfərlik salon seçimi də var. 5 zonalı iqlim-kontrol sistemi, avtomatik açılıb-bağlanan qapılar və "Audi"nin indiyədək istifadə etdiyi ən böyük panoramik şüşə tavan avtomobilin diqqətçəkən üstünlüklərindəndir.

"Audi"nin rəsmi təqviminə əsasən, "Q9"un ilk təhvil-təslim prosesi 2026-cı ilin noyabrında başlayacaq.

Beləliklə, alman brendinin lüks seqmentdəki zirvəsini uzun illər təmsil edən "A8"in yerini rəsmən SUV gövdəli yeni model tutub./Musavat.com

Oxunub : 28
ŞƏRH YAZ
Ad

E-mail

Şərh