Avtomobillərdə sensor ekranla bağlı qaydalar dəyişir

Avropanın avtomobil test sistemi Euro NCAP multimedianın ifrat tətbiqinə görə avtomobillərin sınaq balını aşağı salacaq. Səbəb yenə də təhlükəsizlikdir.
Avtosfer.az xəbər verir ki, Almaniya mətbuatı bu məsələyə kifayət qədər geniş yer ayırıb. Euro NCAP-ın mütəxəssisləri belə qənaətdədirlər ki, süni intellektin, sensor ekranın, səsli köməkçilərin ifratlığı sürücünün diqqətini yayındırır və qəza riski artır. Bu vasitələr sürücünün diqqətini qəzaya səbəb ola biləcək qədər dağıdır.
Euro NCAP-dan bildirilib ki, avtomobillərdə şüşəsilənlər, faralar, səs siqnalları, qəza və dönmə siqnalları kimi vacib funksiyalar ənənəvi olaraq fiziki düymə və ya çevirgəclə idarə edilməlidir.
Əks halda avtomobillərin təhlükəsizlik balı 2029-cu ildən etibarən aşağı salınacaq.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












