Azərbaycan Gürcüstandan avtomobil idxalını 33 faizdən çox azaldıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 128,5 milyon ABŞ dolları dəyərində 3 min 803 ədəd avtomobil ixrac edib.
Avtosfer.az xəbər verir ki, "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 33,4 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 8 ayı ərzində Gürcüstan xarici ölkələrə 1 milyard 348 milyon ABŞ dolları dəyərində 56 min 432 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 22 % və 20,5 % azdır.
Hesabat dövründə Gürcüstandan Qırğızıstana 551,2 milyon ABŞ dolları dəyərində 14 min 700 ədəd, Qazaxıstana 298 milyon ABŞ dolları dəyərində 19 min 289 ədəd, İrana 129 milyon ABŞ dolları dəyərində 7 min 360 ədəd, Tacikistana 71,5 milyon ABŞ dolları dəyərində 4 min 22 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu












