"BMW" kütləvi ixtisarlara gedir

Almaniyanın BMW avtomobil konserni dünya üzrə, əsasən də Almaniyada 8 000-dək iş yerini ixtisar etməyi planlaşdırır. Şirkət bu məqsədlə böyük məbləğdə kompensasiyaların nəzərdə tutulduğu könüllü işdənçıxma proqramına start verib.
Avtosfer.az bu barədə BILD nəşrinə istinadən xəbər verir.
Məlumata görə, 2026-cı ildə ödənişlər üçün bir milyard avro nəzərdə tutulub, 2027-ci ildə isə xərclər daha da yüksək ola bilər.
Kompensasiyanın məbləği əməkdaşın maaşından, yaşından və iş stajından asılıdır. Nəşrin məlumatına görə, yüksəkgəlirli bəzi təcrübəli işçilər şirkətdə çalışdıqları hər il üçün təxminən 50 000 avro ala bilərlər. Beləliklə, 12 illik stajı olan bir əməkdaş potensial olaraq 600 000 avro kompensasiyaya ümid edə bilər.
Proqrama maraq o qədər yüksək olub ki, BMW-nin daxili portalı yüklənməyə tab gətirməyərək müvəqqəti olaraq sıradan çıxıb. Şirkət daxil olmuş müraciətləri emal etmək üçün yeni ərizələrin qəbulunu dayandırmalı olub. Konsern nümayəndəsi əməkdaşların böyük marağını təsdiqləsə də, ödənişlərin təfərrüatını açıqlamaqdan imtina edib.
BMW 2028-ci ildən etibarən hər il təxminən bir milyard avro qənaət etməyi planlaşdırır. İxtisarların səbəbləri arasında səmərəliliyin artırılması, süni intellektin tətbiqinin genişləndirilməsi və yeni nəsil "Neue Klasse" avtomobillərinin təqdimatından sonra tərtibatçıların bir hissəsinə ehtiyacın azalması yer alır.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












