"BMW"nin dizayneri Rusiya vətəndaşı oldu

Belçika vətəndaşı Pyer Leklerkin Rusiya təbəəliyinə keçməsi birmənalı qarşılanmayıb.
Avtosfer.az xəbər verir ki, Leklerkin RF vətəndaşlığına qəbul edilməsinə dair Prezident Vladimir Putinin sərəncamı artıq dərc olunub. İndi Rusiyada çoxlarını bu sual düşündürür: Leklerk yeni vətəndə də avtomobil dizaynı ilə məşğul olacaqmı?
Leklerk özü isə BMW-nin keçmiş baş dizayneri epitetindən narahatdır. Çünki o, 2018-ci ildən son dövrədən “Citroen”in dizayneri olub. Hətta o, bu günlərdə arvadı ilə birgə Paris marafonundan şəklini də paylaşıb.
Tanınmış simaların Rusiya vətəndaşlığı almasından hakimiyyət orqanları təbliğat vasitəsi kimi istifadə edir. Ölkədə işləməyə gələn əcnəbi mütəxəssislərə də çox vaxt “asan vətəndaşlıq” təklif edilir (Stalin vaxtındakı sənayeləşmə dövründəki kimi). Lakin, 2011-2020-ci ildə VAZ-ın baş dizayneri olmuş Stiv Mattini şirin vədlərlə Rusiya vətəndaşı etmək mümkün olmadı. Mattin Tolyattidən gedənədək Britaniya vətəndaşı olaraq qaldı.
Pyer Leklerkin Belçika vətəndaşlığından imtina edib-etməməsi barədə dəqiq məlumat yoxdur.
Vüqar
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












