Brüssel avtosalonu: GƏLƏNLƏR VƏ GƏLMƏYƏNLƏR

Postpandemiya dövründə bir neçə illik tərəddüd və təxirəsalmadan sonra Brüssel Avtosalonu (Brussels Motor Show) yenidən qapılarını ziyarətçilərin üzünə açacaq. Artıq sərginin iştirakçıları, tarixi, yeri və qiyməti də məlumdur.
Avtosfer.az xəbər verir ki, beləliklə, Brüssel 101-ci avtomobil sərgisini 10-19 yanvar 2025-ci ildə qarşılayacaq. Sərgidə BMW, Renault (Alpine, Dacia, Mobilize, Renault), Stellantis (Abarth, Alfa Romeo, Citroën, DS, Fiat, Jeep, Lancia, Leapmotor, Opel, Peugeot), Volkswagen (Audi, Bentley, Bugatti, Cupra, Lamborghini, Porsche, Rimac, Seat, Skoda, Volkswagen), BYD, Ford, Honda, Hongqi, Hyundai, Isuzu, Iveco, Kia, KGM, Lexus, Maxus, Mazda, Mercedes, MG, Micro, Omoda, Jaecoo, Smart, Subaru, Suzuki, Toyota, XEV və Xpeng şirkətlərinin iştirakı təsdiqlənib. ABŞ-ın Lucid startapı da ilk dəfə sərgiyə çıxacaq.
Təbii ki, sərgidə iştirak etməyən şirkətlər də var. Bu sərgidə Volvo (bu marka ümumiyyətlə heç bir avtosərgidə təmsil olunmamaq siyasəti yürüdür), Polestar, Lynk&Co, Lotus və Zeekr Nissan, Aston Martin, Ferrari, Jaguar, Land Rover, Maserati, McLaren və Rolls-Royce bu sərgidə olmayacaq.
Saat 22.00-dək açıq olacaq sərgiyə giriş böyüklər üçün 15 avro, 15 yaşdan aşağı olanlara 10 avro, 10 yaşdan az uşaqlara isə pulsuzdur.
Vüqar
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












