Bu avtomobilləri idarə edənlərə ŞAD XƏBƏR

Toyota Motor 2026-cı ilin ilk yarısında qlobal avtomobil bazarında liderliyini qoruyub.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin 1 yanvar – 30 iyun tarixlərini əhatə edən satış hesabatında bildirilib.
Məlumata görə, Toyota qrupunun dünya üzrə avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalaraq 5,39 milyon ədəd təşkil edib. Buna baxmayaraq, Yaponiya şirkəti ən yaxın rəqibi Volkswagen AG-ni geridə qoyaraq ilin ilk yarısında "dünyada ən çox avtomobil satan istehsalçı" titulunu ardıcıl yeddinci dəfə qoruyub. pizza sifarişi
Hesabata əsasən, Toyota-nın Yaponiya daxilində satışları 4,4 faiz artaraq 1,1 milyon ədədə yüksəlib. Xarici bazarlarda satışlar isə 4,5 faiz azalaraq 4,3 milyon avtomobil olub.
Şirkətin ABŞ bazarında satışları 0,9 faiz artsa da, Çində 17,1 faiz, Yaxın Şərq regionunda isə 21,6 faiz azalma qeydə alınıb.
Toyota-nın əsas rəqibi olan Volkswagen AG-nin qlobal satışları da azalıb. Alman avtomobil nəhənginin 2026-cı ilin yanvar-iyun aylarında dünya üzrə satışları ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz azalaraq 4,13 milyon ədəd təşkil edib. Bu göstərici ilə Volkswagen ilin ilk yarısını dünya bazarında ikinci yerdə başa vurub.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












