Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA

Dünyanın aparıcı avtomobil istehsalçılarından olan “Stellantis” şirkəti yüz minlərlə avtomobilində aşkarlanan proqram təminatı xətasına görə geri çağırma elan edib. Şirkət geri ötürməyə keçirildikdə arxa görüntü kamerasının təsvirinin multimedia ekranına ötürülməsinə mane olan problem səbəbindən 955 min avtomobili servisə çağırır.
Avtosfer.az xəbər verir ki, problem fiziki nasazlıqdan deyil, avtomobillərin multimedia sistemində istifadə olunan proqram təminatındakı xətadan qaynaqlanır. Şirkətin məlumatına görə, indiyədək bu nasazlıqla bağlı qəza və ya xəsarət qeydə alınmayıb.
Geri çağırılan avtomobillərin böyük hissəsi ABŞ-də yerləşir. Belə ki, ümumilikdə 955 min avtomobilin 848 mini ABŞ-də, digər 107 mini isə Kanada, Meksika və digər ölkələrdə istismar olunur.
Problem “Stellantis” qrupuna daxil olan “Chrysler”, “Dodge”, “Jeep” və “Ram” markalarının bəzi 2026 və 2027-ci il modellərinə aiddir.
Geri çağırma siyahısına “Chrysler Pacifica”, “Pacifica Plug-in Hybrid” və “Voyager”, “Dodge Charger”, həmçinin “Jeep Cherokee”, “Compass”, “Gladiator”, “Grand Cherokee”, “Grand Wagoneer” və “Wrangler” modelləri daxildir. “Ram” markasının 1500, 2500 və “ProMaster” seriyaları da geri çağırma kampaniyasına cəlb olunub.
Şirkət bildirib ki, avtomobillərdəki arxa görüntü kamerasının özü işlək vəziyyətdə qalır. Lakin proqram təminatındakı xəta səbəbindən kamera görüntüsü multimedia ekranında əks olunmaya bilər. Bu isə avtomobilin arxasındakı ərazinin görünməsini məhdudlaşdıraraq geri hərəkət zamanı təhlükəsizlik riski yarada bilər.
Nasazlığın aradan qaldırılması üçün avtomobil sahiblərinin servis mərkəzinə getməsinə ehtiyac olmayacaq. Hazırlanmış proqram yeniləməsi uyğun avtomobillərə məsafədən göndəriləcək və sürücülər multimedia ekranında görünən bildiriş vasitəsilə yeniləməni simsiz şəkildə quraşdıra biləcəklər.
“Stellantis” yeniləmə həyata keçirilənədək sürücülərə geri hərəkət zamanı diqqətli olmağı, kamera görüntüsü ekranda görünmədiyi halda isə arxa və yan güzgülərdən istifadə etməyi tövsiyə edib.
Qeyd edək ki, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyası (NHTSA) geri hərəkət zamanı baş verən qəzaların sayını azaltmaq məqsədilə 2014-cü ildə qərar qəbul edib. Qərara əsasən, 2018-ci ildən etibarən ABŞ-də bütün yüngül avtomobillərdə arxa görüntü kamerasının olması məcburi xarakter daşıyır.
Həmin qanunvericilik dəyişikliyinin hazırlandığı dövrdəki statistikaya görə, ABŞ-də geri hərəkət zamanı baş verən qəzalarda hər il orta hesabla 210 nəfər həyatını itirir, təxminən 15 min nəfər isə xəsarət alırdı. Ölənlərin təxminən 30 faizini isə 5 yaş və daha kiçik uşaqlar təşkil edirdi.
Eltac Zülfüqaroğlu
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir
“Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş
Loqo dəyişdi, müştərilər üz döndərdi
Çaylar quruyur, Hitler dövrünün maşınları üzə çıxır










