Bu il dünya avtomobil bazarında 20 milyondan çox elektromobil satılacaq - STATİSTİKA

Elektrikli avtomobillərlə bağlı araşdırmalar aparan beynəlxalq şirkət “Rho Motion” qlobal satışların 2025-ci ildə 18% artaraq 20 milyon ədədi keçəcəyini proqnozlaşdırır. Bu artım əsasən qanunvericiliyin dəyişməsi və iri bazarlarda elektromobillərə keçid sürətinin yüksəlməsi ilə əlaqələndirilir.

Avtosfer.az xəbər verir ki, “Rho Motion”un hesablamalarına görə, Çin elektrikli avtomobil bazarında liderliyini qoruyacaq. Şirkət, 2025-ci ildə Çində 12,9 milyon elektromobil satılacağını və bunun 2024-cü illə müqayisədə 17%-lik artım olacağını bildirir. “BYD” və “Great Wall Motors” kimi nəhəng istehsalçıların xarici bazarlara fəal genişlənməsi də bu yüksəlişi dəstəkləyən əsas amillərdən biri olacaq.
Bundan əlavə, Çində dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər elektrikli avtomobillərə tələbatı artıracaq. Məsələn, köhnə avtomobilini yeni elektromobillə əvəzləyən sürücülər 2,730 dollara qədər subsidiya əldə edə biləcəklər.
Avropa və ABŞ-nin avtomobil bazarında bu istqamətdə gözləntilər də mütəxəssislərin proqnozlarına əsasən dəyişir. Avropada 2024-cü ildə elektrikli avtomobil satışlarında 3%-lik azalma qeydə alınsa da, 2025-ci ildə 15%-lik artım proqnozlaşdırılır. Avropa Birliyində sərt emissiya tələblərinin qüvvəyə minməsi istehsalçıları ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə yönəldəcək. Hədəfləri yerinə yetirməyən avtomobil istehsalçılarını 10 milyard avroya qədər cərimə gözləyir.
.jpg)
Şimali Amerikada da elektrikli avtomobil bazarı genişlənməyə davam edəcək. 2025-ci ildə ABŞ və Kanadada elektromobil satışlarının 16% artaraq 2,1 milyon ədədə çatacağı gözlənilir. Bununla yanaşı, ABŞ-də Prezident Donald Trampın mümkün yeni siyasəti qeyri-müəyyənlik yaradır. Trampın elektrikli avtomobillərə tətbiq edilən tariflərin aradan qaldırılması ilə bağlı qərar verəcəyi gözlənilir, lakin istehsalçılar artıq 2025-ci il üçün strategiyalarını müəyyənləşdirdiklərindən, bu qərarın qısamüddətli təsirlərinin məhdud olacağı düşünülür.
Beləliklə, elektrikli avtomobillər bazarında artım davam edəcək və iri istehsalçılar bu istiqamətdə ciddi addımlar atmağa davam edəcəklər.
Eltac Zülfüqaroğlu
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












