Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Böyük Britaniyada elektrikli nəqliyyat vasitələri ilə bağlı yeni vergi təklifi geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, nəqliyyat və ətraf mühit fəalları tərəfindən irəli sürülən yeni təşəbbüs “Böyük Nəqliyyat Vasitələri Vergisi” adlanır və əsasən çəkisi çox olan avtomobilləri hədəf alır. Təklifə əsasən, nəqliyyat vasitəsinin çəkisinin hər kiloqramına görə əlavə vergi tətbiq edilməsi nəzərdə tutulur.
Bildirilir ki, bu yanaşma xüsusilə iri və lüks SUV modellərinə təsir göstərəcək. Buraya “Range Rover”, “Mercedes-Benz” və “Porsche” kimi istehsalçıların ağır seqmentə aid avtomobilləri daxildir. Təklifin əsas məqsədi isə iri nəqliyyat vasitələrinin yol örtüyünə vurduğu zərərin və qəza risklərinin yaratdığı sosial xərcləri kompensasiya etməkdir.
Layihəyə əsasən, 1600 kiloqramdan artıq olan hər kiloqram üçün 10 funt sterlinq məbləğində ödəniş tətbiq oluna bilər. Elektrikli avtomobillərin batareya səbəbilə daha ağır olduğunu nəzərə alan mütəxəssislər bu nəqliyyat vasitələri üçün əlavə 400 kiloqramlıq güzəşt limitinin tətbiqini təklif edirlər. Bu isə kiçik və orta ölçülü ailə avtomobillərinin vergidən kənarda qalmasına imkan yaradır.
Hesablamalara görə, bu vergi modelinin tətbiqi nəticəsində dövlət büdcəsinə ildə təxminən 2 milyard funt sterlinq əlavə gəlir daxil ola bilər.
Təklifin digər mühüm tərəfi isə sosial yönümlü olmasıdır. Belə ki, toplanacaq vəsait hesabına “sosial lizinq” proqramının həyata keçirilməsi planlaşdırılır. Bu proqram çərçivəsində aşağı gəlirli ailələr aylıq təxminən 77 funt sterlinq ödəməklə elektrikli avtomobillərdən istifadə imkanı əldə edə biləcəklər.
Mütəxəssislər hesab edirlər ki, bu təşəbbüs həm nəqliyyatda sosial bərabərsizliyi azaltmağa, həm də daha geniş əhali qruplarını ekoloji cəhətdən təmiz nəqliyyata keçidə təşviq etməyə xidmət edə bilər. Bununla yanaşı, planın uğurlu olacağı təqdirdə oxşar vergi modellərinin digər ölkələrdə də tətbiqi ehtimalı istisna edilmir.
Eltac Zülfüqaroğlu
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












