Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT

Çin avtomobillərinin etibarlılığı məsələsi müzakirə mövzusu olaraq qalır. Bu müzakirələr dünyanın əksər ölkələrində aparılsa da, fikirlərin çoxunu belə demək mümkünsə “qaraj ekspertləri” söyləyirlər. İndi isə ciddi tədqiqat qrupu məsələni araşdırıb.
Avtosfer.az xəbər verir ki, “J.D. Power” analitik qrupu Çin avtomobilləri ilə bağlı hesabatında (China Vehicle Dependability Study) 13-48 ay istismar edilmiş 11 mindən çox maşını araşdırıb. Tədqiqat 34 markanın 109 modelini əhatə edir.
Tədqiqat nəticəsində hər 100 maşında 192 problem aşkar edilib. Bu da 3 il əvvəllə müqayisədə 5 bənd irəliləyiş deməkdir. Əvvəlki illərdə keyfiyyətin azalmasının səbəbi layihələndirmə tempinin artmasıdır.
Analitik qrup bildirir ki, problemlər 3-4 ildən sonra başlayır ki, bu da Çin modellərinin ikinci əl bazarına düşdüyü vaxta təsadüf edir. Buna görə də ikinci əl Çin maşını alanlar daha diqqətli olmalıdırlar.
Bəs əsas risklər nədən ibarətdir? “J.D. Power”in hesabatına görə, əsas problemin mexanika ilə bağlı olduğunu düşünənlər yanılırlar. Mexaniki detallarda və mühərriklərdə qüsurlar 5 il ərzində 9,5 faizdən 6 faizə enib ki, bu da ciddi yaxşılaşma hesab edilir.
Çin maşınlarında əsas problem özünü informasiya-məlumat sistemlərində (sadə dildə desək, ekranlarda) göstərir. Nasazlıqların 16 faizi bu sistemlərin payına düşür və bu sahədə illərdir pisləşmə müşahidə edilir. Sürücüyə yardım sistemlərində isə nasazlıqların həcmi 3,4 faizdən 8,6 faizə yüksəlib.
Tədqiqat zamanı məlum olub ki, yaşı üçü keçən Çin maşınlarında səs-küy (cırıltı, taqqıltı və s.) ciddi şəkildə artır.
Daxiliyanma mühərrikli modelləri əhatə edən araşdırmada qeyd olunur ki, Çinin öz modelləri ilə ölkədə istehsal edilmiş Avropa və Yaponiya modelləri arasında keyfiyyət fərqi böyük olaraq qalır. Lakin, fərqlər azalan xətt üzrə inkişaf edir.
Vüqar
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı












