Çin avtomobillərində elektronikanın “reanimasiyası”: SÖNDÜR-YANDIR DÜZƏLƏCƏK

Müasir Çin avtomobillərində bütün əsas funksiyalar sensor ekranda cəmlənib. Yanacaq çəninin qapağının açılmasından tutmuş kondisionerə, şinlərin təzyiqinə və radioyadək hər şey ekrandadır.
Avtosfer.az xəbər verir ki, Avropa avtomobilində sensor ekran bəzən işləməsə belə, yola davam etmək mümkündür. Həyati vacib funksiyalar ayrıca düymələrə yerləşdirilib.
Rus ekspert Andrey Vladimirov bildirir ki, əlavə olaraq, Çin modellərində sensor ekranlar çox həssasdır. Kəskin soyuq və isti havalar onların işinə mənfi təsir edir. Xüsusən də ucuz modellərdə. Ən ciddi problem isə ekranın donmasıdır.
Vladimirovun fikrincə, donmanın səbəbləri çoxdur. Bu, ilk növbədə bir çox modeldə ucuz çiplərin tətbiqindən qaynaqlanır.
İkinci məsələ yenilənmədir. Əksər avtomobillərdə proqram təminatı avtomatik yenilənmir. Bəzən heç yeniləmə də kara gəlmir.
Ekspert bildirir ki, belə xoşagəlməz hallar çox vaxt isti havalarda ortaya çıxır: sensor ekran sürücünün komandasına reaksiya vermir, ya da uzun müddət “fikirləşir”. Bəzən də ekran ümumiyyətlə açılmır. Sürücü maşını geri hərəkət etdirmək istəyir, lakin arxa kamera işləmir və s.
Belə hallarda ən çox baş vurulan çıxış yolu akkumulyator batareyasını bir neçə dəqiqəlik ayırmaqdır. Ekspert iddia edir ki, əksər hallarda servis mərkəzləri də Çin maşınlarını məhz bu cür “reanimasiya” edirlər.
Bir sözlə, parametrləri aşağı olan kompüterlərə tətbiq etdiyimiz “söndür yandır düzələcək” metodu ucuz Çin maşınlarında da uğurla işləyir.
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












