Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir

Çində hər il yüzlərlə yeni modelin hazırlanması, layihələndirmə müddətinin azaldılması özü ilə birgə digər problemləri də gətirib.
Avtosfer.az xəbər verir ki, keyfiyyətin arzuolunan səviyyədə olmaması bazara nəzarət edən qurumları hərəkətə keçirib. Avropalı istehsalçılar bir modeli 5 ilə ərsəyə gətirdikləri halda, çinlilər bunu 2 ilə edir. Hətta süni intellekt sayəsində 18 aya yeni maşın hazırlamağa iddialı olanlar da var.
Bu günlərdə 4 nazirlik bir davam edəcək yoxlamalara başlayıb və artıq ilkin nəticələr də var. Məlum olub ki, 2 əsas oyunçu – “Geely” və BYD-nin istehsal etdiyi modellər elə onların özünün texniki sənədlərinə uyğun gəlmir: maşınların ölçüsü standartdan kənardır, sərfiyyat yüksəkdir, istismar təlimatı və kataloqlar yoxdur və s.
Buna görə də, avtomobillərin sertifikasiya müddəti uzadılacaq. Elektromobillər üçün bu müddət 2 dəfə artırılaraq 30 min kilometrə çatdırılacaq.
Müfəttişlərin fikrincə, ucuzluq xatirinə hər şeyə qənaət etmək keyfiyyəti aşağı salmaqla yanaşı, markaların birja dəyərinə zərbə vurur.
Çin rəsmiləri etiraf etməsələr də, onları keyfiyyətlə maraqlanmağa Avropa təcrübəsi vadar edib. Almaniya və digər ölkələrdə sınaqlar zamanı zavod sənədində gediş ehtiyatı 800 kilometr göstərilən elektromobil 600 kilometrdən sonra evakuatorla aparılıb.
Yaxud, 500 kilometr üçün nəzərdə tutulmuş batareya Almaniya avtobanında cəmi 3 dəqiqə maksimal sürətlə hərəkətdən sonra yarıdan aşağı düşüb. Son nəticədə reputasiyaya da zərər dəyir. Belə məlumatlarla qarşılaşan şəxslər baha, lakin sürücünü aldatmayan Avropa və Yaponiya texnikasına üz tuturlar.
Vüqar
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












