Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA

Yaponiyanın avtomobil istehsalçılarının Avropaya gəlişi ötən əsrin 60-cı illərinə təsadüf edir. Köhnə qitənin bazarına ilk ayaq basan 1961-ci ildə Honda oldu. 2il sonra Toyota, 1967-ci ildə Mazda, 1970-ci ildə Suzuki gəldi. 1986-cı ildə isə Nissan Britaniyada ilk zavodunu açdı.
Avtosfer.az xəbər verir ki, 60 ildə yaponlar bazarda müəyyən paya sahib oldular. İş adamları zavodlar açdılar, diler şəbəkəsi qurdular və uzun illər sonra sadiq müştəri bazası formalaşdırdılar. Möhkəmlənmənin əsas səbəbi yapon avtomobillərinin keyfiyyətlə bağlı yüksək reputasiyası idi.
Son illərədək çoxları belə düşünürdü ki, yaponların qurduğu sistemi qırmaq mümkün deyil. Lakin, belə deyilmiş.
“Dataforce” qrupunun məlumatına görə, 2026-cı ilin üçüncü rübündə Çin avtomobillərinin Avropada bazar payı 12,7 faiz olduğu halda, yapon modellərinin payı 11,9 faiz olub. İlk dəfədir rüb ərzində çinlilər yaponları qabaqlayırb. Sentyabrda isə çinlilərin bazar payı rekord həddə olub – 14,5 faiz, və ya 195 000 avtomobil.
Müqayisə üçün deyək ki, 5il əvvəl Çin avtomobillərinin bazar payı cəmi 1 faiz idi. Yaponlar Çin qarşısında məğlub olan yeganə asiyalı deyillər.ilk yarım ildə “Hyundai” və “Kia”nın avropa bazarında payı 7,3 faizə enib. Halbuki, pandemiya və post-pandemiya dövründə Avropa markalarının satışları gerilədiyi dövrdə, koreyalıların satışları artırdı.
Çinlilərin yalnız elektromobil hesabına bazarlara nəzarəti əlıə aldığını düşünmək də doğru olmaz. Onlar adi və doldurulabilən hibridlərin satışında da ciddi uğur əldə edə biliblər.
Vüqar
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO
“Toyota”nın Avropada rekordu
Yeni ekoloji standartlar gəlir












