Deputat elektriklə işləyən avtomobilləri bütün rüsumlardan azad etməyə ÇAĞIRDI

“Azərbaycanda avtomobil bazasının dəyişdirilməsinə ehtiyac var. Statistika göstəricilərinə nəzər salsaq, yol qəzalarının müəyyən bir hissəsi köhnə avtomobillərin payına düşür. Bu baxımdan əhalinin yeni avtomobil almaq şərtlərini asanlaşdırmaq, kredit şərtlərini sadələşdirmək, insanların yeni avtomobillərə əlçatanlığını təmin etmək lazımdır”. Avtosfer.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin iclasında büdcə müzakirələri zamanı deyib. O bildirib ki, elektriklə işləyən avtomobilləri bütün növ rüsumlardan azad etmək yaxşı olar:
“Artıq bu sahədə dünyada yaxşı təcrübə var. Biz bu təcrübələri ölkəmidə tətbiq edə bilərik”.
Ş. İsmayılov söyləyib ki, günün qaranlıq vaxtlarında işıq qaytarıcılardan geniş istifadə edilməsi vacibdir: “Vaxtilə bu cür layihələr həyata keçirilirdi, xüsisilə də azyaşlı uşaqların işıq qaytarıcılarla təmin edilməsi vacibdir. Yolların işıqlandırılması, yol nişanlarında işıq qaytarıcıların yüksək standartlarda olması vacib məsələdir”.
Elmin
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










