Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR

Almaniyada avtomobil dilerlərinə kütləvi hücum olub.
Avtosfer.az xəbər verir ki, faktı ölkənin hüquq-mühafizə orqanları təsdiq edib. Hakerlər sifariş nömrələrini, maliyyə sənədlərini, çatdırılma tarixlərini ələ keçirməyə nail olublar.
Ekspertlər hadisədən sonra başqa bir narahatlığı dilə gətiriblər. Onların fikrincə, analoji hücumlar istənilən ölkədə baş verə bilər. Avtomobilin və müştərinin məlumatlarını ələ keçirən kiberdələduzlar müştəriyə şirkət adından zəng edərək onun pulunu ələ keçirə bilərlər. Mexanizm də kifayət qədər sadədir: diler adından müştəriyə zəng edilir, maşının çatdırılma vaxtı və digər məlumatlar düzgün təqdim edilir və müştəri inanır. Bundan sonra “dilerliyin əməkdaşı” üzrxahlıq edərək bank hesabının dəyişdiyini bildirərək vəsaiti başqa hesaba ödəməyi xahiş edir. Sonrası hər kəsə məlumdur.
Ödənilmiş pulları qaytarmaq çox vaxt mümkün olmur.
Çox vaxt müştərini tələsdirmək üçün bu yola da əl atılır: həftə sonunadək ödəniş etməsəniz, maşının çatdırılması gələn aya qalacaq.
Ekspertlər çıxış yolu kimi vacib ödənişləri məsafədən deyil, satış məntəqəsinə gedərək ödəməyi təklif edirlər. Təmkinli olmağın dəyəri isə pulla ölçülmür.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












