Dilerləri bezdirən çinli istehsalçılar

Yerli brendlərindən imtina edib Çin avtomobillərinin satışı ilə məşğul olan avropalı dilerlər peşimanlıq çəkirlər. Çin avtomobillərinin sahiblərini ehtiyat hissə yoxluğu narahat edirsə, dilerləri başqa məsələlər bezdirib.
Avtosfer.az xəbər verir ki, Almaniyanın “Automobilwoche” jurnalı Çin avtomobillərinin dilerlərinin maliyyə sənədlərini əldə edib. Sənədlərdən məlum olub ki, istehsalçılar dilerlərə ödənməli vəsaitləri, zəmanət çərçivəsində ödənilməli xərcləri və digər pulları gecikdirirlər. Gecikmə bəzən 6 aya çatır. Ən ciddi ləngimə BYD və “Xpeng” kimi böyük istehsalçılarda qeydə alınıb.
Dilerlər bildidirlər ki, hər dəfə problemin həlli üçün Çinin dövlət qurumlarına müraciət etmək məcburiyyətində qalırlar. Müştərilərdən alınan pullar istehsalçıya gecikmədən ödənilir. Lakin onlar vəsaiti xərcləməyə xəsislik edirlər.
Əvvəllər Çin daxilində də vəziyyət fərqli deyildi. Maliyə məsələsində süründürməçilik normaya çevrilmişdi. Yanvardan etibarən rəsmi Pekin qaydaları sərtləşdirdi, ödəmə problemləri ilə bağlı qaynar xətt təşkil edildi. Nəticədə debitor borcların ödənilməsi müddəti 300 gündən 54 günə endi. Yaxın vaxtlarda Çin hökuməti xarici dilerlərlə bağlı da məsələləri yoluna qoymağı planlaşdırır.
Vüqar
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












