Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır

Çində dünyanın ən böyük tam elektriklə işləyən mədən yük maşınlarından biri təqdim edilib. Nəhəng ölçüləri və sürətli enerji yığma imkanları ilə diqqət çəkən yeni model ağır mədən işlərində istifadə üçün nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, Fujian əyalətində keçirilən tədbirdə təqdim olunan ZL230E modeli 350 tonluq ümumi çəkisi və 230 ton yükdaşıma qabiliyyəti ilə öz sinfində dünyanın ən böyük tam elektrikli mədən yük maşını kimi nümayiş etdirilib.
LK350E adı ilə də tanınan üçoxlu avtomobil Çin şirkəti “Zijin Longking” və Avstraliyanın avtonom mədən texnologiyaları şirkəti “EACON” tərəfindən açıq mədənlərdə daha səmərəli və ağıllı daşımaların həyata keçirilməsi məqsədilə hazırlanıb.
ZL230E arxa ötürücü oxlarda yerləşən iki 800 kilovatlıq elektrik mühərriki ilə hərəkətə gətirilir. Sistem çətin relyefli ərazilərdə və yoxuşlarda oxlar arasında güc bölgüsünü avtomatik şəkildə tənzimləyərək yük maşınının manevr imkanlarını artırır.
Nəhəng yük maşınında 1 400 kVt/saat tutumlu batareya quraşdırılıb. Ultra sürətli enerji yığma texnologiyası sayəsində batareyanın enerji səviyyəsini cəmi 25 dəqiqəyə 10 faizdən 90 faizə çatdırmaq mümkündür. Bu xüsusiyyətin dizel mühərrikli mədən texnikaları ilə müqayisədə əməliyyat zamanı gözləmə müddətini əhəmiyyətli dərəcədə azaltması gözlənilir.
ZL230E-nin digər diqqətçəkən xüsusiyyəti isə tam avtonom idarəetmə imkanına malik olmasıdır. Yük maşını “EACON” şirkətinin sensor, qərarvermə və bulud əsaslı park idarəetmə sistemləri ilə inteqrasiya edilib.
Şirkətin məlumatına görə, onun avtonom idarəetmə texnologiyaları hazırda 40-dan çox iri mədən sahəsində 3 100-dən çox avtonom nəqliyyat vasitəsində tətbiq olunur.
Yeni elektrikli yük maşınının da bu texnologiyalar sayəsində ağır mədən şəraitində sürücüsüz və yüksək səmərəliliklə işləməsi nəzərdə tutulur.
Eltac Zülfüqaroğlu
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO










