Əfqanıstan: qadınlara 72 kilometr qadağası, “məzardan” çıxarılan "Toyota" - FOTO

Zəlzələ nəticəsində 700-dən insanın (ilkin məlumat) həyatını itirdiyi Əfqanıstanda nəqliyyatla bağlı bir azərbaycanlıya qəribə gələcək qadağalar mövcuddur.
Avtosfer.az xəbər verir ki, 2021-ci ilin yayında hakimiyyəti ələ alan Taliban nəqliyyat və avtomobillə də bağlı bir sıra qərarlar qəbul edib.
İlkin qərarlardan biri heç şübhəsiz qadınlarla bağlı olub. Qadınların işləməsi və təhsil almasına qadağa gətirilməklə yanaşı, onların hərəkət azadlığı da ciddi şəkildə məhdudlaşdırılıb. Təşkilat hakimiyyətə gəldiyi ilk həftə avtobusların salonlarındakı güzgüləri sökdürdü. Dini rəhbərlik iddia edirdi ki, sürücülər güzgüdə qadınlara baxdığı üçün şəhvət yaranır. Bu, qadınlarla bağlı nəqliyyatda yeganə məhdudiyyət deyildi.
Eyni ilin dekabrında qadınların təkbaşına səyahətinə də qadağa qoyuldu. Qadağaya görə, qadın öz kişi qəyyumunun (məhrəm) müşayiəti olmadan yaşadığı yerdən 72 kilometrdən uzağa gedə bilməz. Qərarda 72 kilometr göstərilsə də, de-fakto qadınların küçəyə təkbaşına çıxması ciddi şəkildə məhdudlaşdırılıb.
Məhrəm məsələsi qadınlar üçün ciddi problemdir. Yarım əsr müharibələrin cəngində olan ölkədə qadınların əksəriyyəti duldur.
Nə qədər qəribə olsa da, belə bir qanun Səudiyyə Ərəbistanında da mövcuddur.
Talibanın avtomobillə bağlı bağlı daha bir maraqlı addımı 2022-ci ildə dünya mediasında yer aldı. Onlar 2001-ci il sentyabr hadisələrindən sonra təqib edilən liderləri Molla Ömərin avtomobilini qazıb çıxardılar. ABŞ tərəfindən tapılıb məhv edilməsin deyə, dini liderin istifadə etdiyi “Toyota Corolla”nı mücahidlər 2001-ci ilin sonlarında torpağa basdırmışdılar. Polietilen örtükdə basdırılmış avtomobil yerdən çıxarılanda yaxşı vəziyyətdə olub.
Avtomobil hazırda Kabildəki muzeylərdən birində sərgilənir. Molla Ömər 2013-cü ildə ölsə də, onun ölümü uzun müddət gizli saxlanılıb.
Qeyd edək ki, Əfqanıstanda zəlzələlər və avtomobil qəzaları hər il minlərlə insanın həyatına son qoyur.
Vüqar Yaşaroğlu
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
















