Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır

Alınan hər bir elektromobil idxalının kəskin azalması fonunda Çində neftdən asılı iqtisadi sahələrdə böhran riskini azaldır.
Avtosfer.az xəbər verir ki, məlumatı Beynəlxalq Enerji Agentliyi yayıb. Qurumun statistikasına görə, ikinci rübdə elektromobillər ölkəni sutkada 1,5 milyon barel neft idxalı zərurətindən azad edib. Bu həcm Fransa kimi ölkənin sutkalıq tələbatına bərabərdir.
Çinin rəsmi statistikasına görə, elektromobillər sayəsində birinci yarımildə neft məhsullarına tələbat 8,6 faiz azalıb. Batareyaların təkmilləşdirilməsi, batareyadəyişmə stansiyalarının və doldurma hablarının tikintisi sayəsində karbohidrogen asılılğından qurtulmaq mümkün olub.
Bununla belə, ölkədə daş kömürdən istifadə yüksək olaraq qalır. Elektrik enerjisinin 55 faizi kömürdən, qalan hissəsi isə su, külək, atom və Günəşdən hasil edilir.
Çin həm də dünyada ən böyük daş kömür hasilatçısıdır. Enerji isetsahlında bu qazıntının payı 2015-ci ildə 70 faiz olduğu halda, 2025-ci ildə 55 faizə enib. 2060-cı ildə isə karbon neytrallığına keçid qarşıya məqsəd qoyulub.
Ümumilikdə isə, neft ixracatından asılı ölkələr üçün daxiliyanma mühərrikindən elektrik mühərrikinə keçid zəruridir.
Vüqar
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












