Elektromobillərə güzəştlər ləğv edilsə Çin maşınları bazardan çıxarılacaq? – Ekspert AÇIQLADI - VİDEO

Gələn ildən etibarən plug-in hibrid, hibrid və tam elektrik avtomobillərə tətbiq olunan vergi güzəştlərinin ləğvi barədə yayılan məlumatlar avtomobil bazarı ilə bağlı geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, dəyişiklik qüvvəyə mindikdən sonra həm yeni, həm də ikinci əl bazarında ciddi dəyişikliklərin olacağı gözlənilir.
Məsələ ilə bağlı avtomobil eksperti Kamal Əliyarzadə “Avto FM”-in efirində bildirib ki, bu qərar avtomobil bazarında iki fərqli yanaşma yaradıb. Ekspertin sözlərinə görə, bir qrup insan hesab edir ki, güzəştlərin ləğvi nəticəsində ikinci əl avtomobil bazarı yenidən canlanacaq:
“Bəzi insanlar düşünür ki, artıq ABŞ və Koreyadan gətirilən ikinci əl elektrik və hibrid avtomobillərin satışı artacaq, bazar hərəkətlənəcək”.
Digər qrup isə fərqli yanaşma sərgiləyir:
“Köməkçi fikirlər odur ki, Azərbaycan sürücüləri artıq yeni Çin avtomobillərinin rahatlığını və texnologiyasını dadıblar. Buna görə də qiymətlər bahalaşsa belə, 5-6 il işlənmiş avtomobil almaq əvəzinə, yenə də tam yeni Çin avtomobillərini seçəcəklər”.
Ekspert hesab edir ki, dəyişiklik həm üstünlüklər, həm də çətinliklər yaradacaq və bazarda balans müəyyən müddət sonra formalaşacaq.
Qeyd edək ki, hibrid və elektrik avtomobillərə tətbiq olunan vergi güzəştlərinin ləğvi rəsmi təsdiq olunduğu halda, qiymətlərdə artım və bazarda seqmentlər üzrə dəyişikliklər qaçılmaz olacaq.
Eltac Zülfüqaroğlu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır












