Ən dözümlü avtomobil adları AÇIQLANDI

Müasir avtomobillər bəzən zəmanət müddəti başa çatdıqdan sonra tez-tez nasazlıq yaradan elektron cihazlarla müqayisə edilir. Lakin bu gün də yollarda yüz minlərlə kilometr yürüşə malik, ciddi texniki problemlər olmadan istifadə edilən avtomobillərə rast gəlmək mümkündür. Ekspertlər ən etibarlı və uzunömürlü avtomobillərin siyahısını açıqlayıb.
Avtosfer.az "Redaktor.az"a istinadən xəbər verir ki, Yapon avtomobil istehsalçıları uzun illərdir texnikalarının dözümlülüyü və etibarlılığı ilə seçilir. Xüsusilə 1990-cı illərin sonu və 2010-cu illərin əvvəllərində istehsal olunan Toyota sedanları bu baxımdan xüsusi diqqət çəkir.
Həmin dövrə aid Toyota Camry modelləri çuqun mühərrik blokları və sadə konstruksiyalı avtomatik sürətlər qutuları ilə təchiz olunurdu. Bu xüsusiyyətlər avtomobillərə ciddi nasazlıqlar olmadan 500 min kilometrə qədər məsafə qət etməyə imkan verirdi. Ekspertlər hesab edir ki, bu modellərin uzunömürlülüyünün əsas səbəblərindən biri mühərriklərin yüksək güc üçün həddindən artıq yüklənməməsi olub. Aşağı yüklənmə isə hissələrin aşınmasını azaldaraq mühərrikin xidmət müddətini artırır.
1990-cı illərin sonlarında istehsal olunan Honda Accord və Honda Civic modelləri də etibarlı avtomobillər sırasında göstərilir. Bu modellərin mühərrikləri yüksək dövrlərdə işləməyə davamlılığı ilə tanınır. Bununla belə, ekspertlər bildirirlər ki, hətta ən möhkəm mühərriklər belə keyfiyyətli yağ və vaxtında texniki qulluq tələb edir. Əks halda avtomobilin istismar müddəti əhəmiyyətli dərəcədə azala bilər.
Yolsuzluq avtomobilləri arasında isə Toyota Land Cruiser və Lexus LX modelləri xüsusi yer tutur. Bu avtomobillərin möhkəm çərçivəsi korroziyaya davamlılığı, atmosfer tipli V8 mühərrikləri isə uzunömürlülüyü ilə seçilir. Xüsusilə 1UZ və 2UZ seriyalı mühərriklər etibarlı və dayanıqlı aqreqatlar kimi tanınır.
Belə avtomobillər üçün 300 min kilometrlik yürüş son hədd hesab edilmir. Əksinə, düzgün qulluq göstərildiyi halda bu göstərici onların uzun istismar dövrünün başlanğıcı ola bilər. Lakin işlənmiş yolsuzluq avtomobili alarkən çərçivənin vəziyyətinə və elektrik sisteminə xüsusi diqqət yetirmək tövsiyə olunur. Çünki avtomobil yaşlandıqca əsas texniki problemlər məhz bu hissələrdə yarana bilər.
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO










