Hazırda dünya yollarında 150 milyondan çox “Toyota” avtomobili sürülür – ARAŞDIRMA - FOTO

Hazırda dünya yollarında 1,64 milyard avtomobil hərəkətdədir. Ancaq bu rəqəmdən daha heyrətamiz olan isə bazarın bölüşdürülmə strukturudur: yollarda hər 10 avtomobildən biri eyni markaya məxsusdur.
Avtomobil sənayesində illərdir liderliyini qoruyan "Toyota" bu yaxınlarda maraqlı statistikanı ictimaiyyətlə bölüşüb. Şirkətin açıqlamasına görə, dünya yollarında hazırda 150 milyondan çox “Toyota” markalı avtomobil istifadə olunur. Bu isə ümumi qlobal avtomobil parkının təxminən 9,2 faizinə bərabərdir.
Bəs “Toyota” bu məlumatı niyə indi açıqladı?
Şirkət bildirir ki, bu addım satışdan sonrakı xidmətlərdə və müştəri loyallığının artırılmasında daha strateji yanaşma məqsədi daşıyır. “Toyota” servis şəbəkəsi, orijinal ehtiyat hissələrinin təchizatı, işlənmiş avtomobillərin alqı-satqısı və abunə əsaslı xidmətlər kimi istiqamətlərdə fəaliyyətini genişləndirməyi planlaşdırır.
Liderlik davam edir. “Hedges & Company”nin məlumatına görə, “Toyota” 2023-cü ildə “Lexus”, “Daihatsu” və “Hino” markaları da daxil olmaqla cəmi 10,8 milyon yeni avtomobil satıb. Bu, əvvəlki illə müqayisədə 3,7% azalma demək olsa da, şirkət ən yaxın rəqibi “Volkswagen”-i geridə qoyaraq liderliyini qoruyub.
Qeyd edək ki, “Toyota” brendi ilk illərində cəmi 20 ədəd “G1” modeli istehsal etmişdi. Lakin şirkət 1968-ci ildən etibarən illik satışlarını bir milyon ədəd səviyyəsinə çatdıraraq, bu günkü uğurlarının təməlini qoyub.
Eltac Zülfüqaroğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












