Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək

6 aydır davam edən ABŞ-İran qarşıdurmasını ilk növbədə avtomobil sahibləri hiss etdilər.
Avtosfer.az xəbər verir ki, neftin 1 bareli 116 dollara qalxdığı üçün əksər ölkələrdə yanacaq bahalaşdı. İndi qiymət 96 dollar ətrafında olsa da, problem aradan qalxmayıb. Neftin ucuzlaşması hələ problemin həlli deyil.
Toyota, Renault, Hyundai və digər böyük istehsalçılar həyəcan təbili çalır: avtomobillərin maya dəyəri artır, müştərilərin azalması riski var.
Bütün avtomobil istehsalçıları hazır maşınları və ehtiyat hissələrini daşımaq üçün başlıca olaraq dəniz nəqliyyatından istifadə edir. Gəmilər də təbii olaraq dizel yanacağı istifadə edir. Həm də tonlarla.
Hörmüz böhranı avtomobil istehsalında vacib olan alüminiumun bahalaşmasına səbəb olub. Ağ metalın əsas istehsalçısı (9 faiz) Yaxın Şərq regionudur. Burada istehsal ciddi şəkildə azaldığı üçün ötən illə müqayisədə metal 2 dəfə bahalaşıb. Oxşar vəziyyət plastik məmulatlar sahəsində də hiss olunur.
Böyük istehsalçıların qənaətinə görə, payızdan etibarən avtomobillərin bahalaşması qaçınılmazdır. Bu da ənənəvi müştərilərin ucuz Çin modellərinə yönəlməsi ilə nəticələnəcək.
Vüqar
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












