Mexaniki avtomobilin Avropada istifadəsi 29%-ə düşüb - FOTO
Bütün dünyada mexaniki transmissiyalı avtomobillərin populyarlığı sürətlə azalır. Bir vaxtlar avtomobillərdə əvəzolunmaz sayılan bu xüsusiyyət artıq tarixə çevrilmək üzrədir.
Avtosfer.az xəbər verir ki, rəsmi məlumatlara görə, ABŞ-də2023-cü ilə qədər satılan yeni avtomobillərin cəmi 1,7 faizi mexaniki transmissiya ilə təchiz olunub. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2021-ci ildə 0,9 faiz, 2022-ci ildə isə 1,2 faiz təşkil edib. Bu da onu göstərir ki, hər il mexaniki transmissiyalı avtomobillərin bazar payı daha da azalır.
Avropada da oxşar vəziyyət müşahidə edilir. 2001-ci ildə qitənin ən böyük beş bazarında – Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyada satılan avtomobillərin 91 faizi mexaniki transmissiyalı idi. Lakin 2024-cü ilə qədər bu rəqəm 29 faizə qədər enib. Xüsusilə premium seqmentdə mexaniki transmissiyalı avtomobillərin payı demək olar ki, yox dərəcəsindədir.
Mütəxəssislərin fikrincə, bu azalmanın əsas səbəbləri şəhər yollarında tıxacların artması və sürücülərin rahatlığa üstünlük verməsi ilə bağlıdır. Avtomatik transmissiyalar artıq daha qənaətcil və səmərəli hesab olunur. Bundan əlavə, bazara çıxarılan demək olar ki, bütün elektrik avtomobilləri avtomatik transmissiya ilə istehsal edilir ki, bu da mexaniki sistemlərin bazardan sıxışdırılmasını sürətləndirir.

Bununla belə, mexaniki transmissiyalı avtomobillərin hələ də öz alıcı auditoriyası qalmaqdadır. Sürət ötürücülərini dəyişdirərkən avtomobillə daha çox qarşılıqlı əlaqə hiss edən və idarəetməyə xüsusi yanaşan sürücülər üçün bu sistem sürücülük zövqünün ayrılmaz hissəsi hesab olunur.
Ekspertlərin qənaətinə görə, mexaniki transmissiyalı avtomobillər yaxın gələcəkdə daha çox kolleksiya və xüsusi maraq obyekti kimi qəbul ediləcək. Onların bazardakı rolu azalacaq, lakin seçilmiş bir təbəqə üçün hər zaman xüsusi əhəmiyyət daşıyacaq.
Eltac Zülfüqaroğlu
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












