Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT

Artıq 30 il ciddi təmirə ehtiyac oolmadan istismar edilən “Mercedes”, yaxud 800 min kilometrdən sonra əsaslı təmirə ehtiyac duyulan köhnə “Toyota” mühərrikinə maraq azdır. Hazırda sürücülərin prioritetləri başqadır.
Avtosfer.az xəbər verir ki, bu fikri rusiyalı avtomobil eksperti Mixail Lazarev səsləndirib. Onun fikrincə, bu gün bir çox istehsalçı yüngül, amma resursu az olan maşına üstünlük verir. Əsas şərt budur ki, zəmanət müddətində ciddi problem ortaya çıxmasın.
Ekspertin qənaətinə görə, ənənəvi istehsalçılar arasında hələ də çox sanballı kuzov və mühərrik istehsal edənlər az deyil. Lakin, alıcının “damarını tutmağı” çinlilər bacarıb. Müasir alıcılar, xüsusən də gənclər bir qayda olaraq maşın seçərkən bunlara diqqət edirlər: böyük ekran, enli təkərlər və avtomobilin mümkün qədər iriqabaritli olması. Mühərrik həcmi, təhlükəsizlik və digər parametrlər çoxlarını maraqlandırmır. Bu səbəbdən, bir çox ölkədə gənc və orta nəsil Çin modellərinə üstünlük verir. Bu düşüncədə olan istehlakçılar çinli istehsalçılara sərf edir.
Lakin Lazarevin iddiası heç də bütün regionlar üçün keçərli deyil. MDB və Yaxın Şərq (o cümlədən Azərbaycan) əsasən qabaritə diqqət yetirdiyi halda, avropalı alıcını xarici parametrlər çox da maraqlandırmır. Onlar təhlükəsizlik, sərfiyyat, sığorta və vergi kimi amilləri də nəzərə alırlar. Bu səbəbdən Yaponiya istehsalı olan avtomobillər Avropa bazarında artıq çoxdan möhkəmləndiyi halda, Çin modelləri hələ ki, geniş kütlə tərəfindən tam qəbul olunmur.
Belə bir münasibətin formalaşmasında sığorta sistemi də ciddi rol oynayır. Avropa ölkələrində 1,5 litrlik Çin avtomobili sahibinin ödədiyi sığorta məbləği əksər hallarda 2 litrlik “Toyota” üçün ödənilən vəsaitdən çoxdur. Səbəb detal qıtlığına görə sığortaçıların əksər Çin modellərinə malus sitemi tətbiq etməsidir. Yaponiya və Koryea modelləri üçünsə belə bir qıtlıq kiçik istisnalarla mövcud deyil.
Vüqar Yaşaroğlu
Bu ölkədə “Lexus” almağa icazə verilmir
Tarixə qovuşmuş avtomobil markası dirçəldilir - ÇİNƏ GÖRƏ - FOTO
Müşavir: Çinlilər Avropa bazarını götürmək istəyir - FOTO
Süni intellekt səhv etdi, istehsalçı “boz saqqalıları” geri çağırdı
Rusların “kitayski Toyota” müəmması
Ən etibarlı avtopilot sistemləri olan avtomobillər açıqlandı
Rusların pirat "BMW"si orijinaldan bahadır
Avropada sürət rejiminə avtomobil özü nəzarət edəcək - FOTOLAR
Elektromobil və hibridlər zərərçəkənlərin köməyinə çatır - FOTOLAR
Dünyada satılan hər 4 təzə maşından biri elektromobildir
Qazaxıstana avtomobillərin girişinə məhdudiyyət qoyuldu










