Nəhəng avtomobil şirkəti kiberhücuma məruz qaldı: 21 min müştərinin məlumatları sızdırıldı

Yaponiyanın avtomobil nəhəngi “Nissan” növbəti dəfə kiberhücumla üzləşib.
Avtosfer.az xəbər verir ki, şirkətin açıqlamasına görə, serverlərdən birinə edilən icazəsiz müdaxilə nəticəsində minlərlə müştərinin şəxsi məlumatları sızdırılıb.
Məlumata görə, “Red Hat” tərəfindən idarə olunan serverə edilən kiberhücum nəticəsində təxminən 21 min müştərinin şəxsi məlumatları üçüncü şəxslərin əlinə keçib. “Nissan” bildirib ki, pozuntu hələ sentyabr ayında aşkar edilib, lakin məsələ ilə bağlı rəsmi məlumat dekabr ayında ictimaiyyətə açıqlanıb.
Bu küçədə yaşıl yanan kimi hərəkət etməyin! - Qəza baş versə günahkar sayılacaqsınız - VİDEO
Sızma əsasən əvvəllər “Nissan” diler strukturu vasitəsilə avtomobil alan və ya texniki xidmət göstərilən müştərilərə təsir edib. Oğurlanan məlumatlara ad, ünvan, telefon nömrəsi, qismən silinmiş elektron poçt ünvanları və satış proseslərində istifadə olunan bəzi müştəri məlumatları daxildir. Şirkət xüsusi olaraq qeyd edib ki, kredit kartı və maliyyə məlumatları sızmayıb.
“Nissan” açıqlamasında bildirir ki, hazırda sızdırılmış məlumatların hər hansı formada sui-istifadə edildiyinə dair fakt qeydə alınmayıb. Bununla belə, şirkət müştəriləri fişinq və fırıldaqçılıq cəhdlərinə qarşı diqqətli olmağa çağırıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, icazəsiz giriş “Red Hat Consulting” tərəfindən idarə olunan şəxsi serverdə baş verib. “Red Hat” hadisəni 26 sentyabrda aşkar edib və 3 oktyabrda “Nissan” rəhbərliyini məlumatlandırıb.
Qeyd edək ki, bu hadisə “Nissan” üçün son üç il ərzində üçüncü böyük kiberhücumdur. Hücumun arxasında hansı haker qrupunun dayandığı barədə rəsmi məlumat açıqlanmayıb. Bununla belə, bəzi haker qruplarının “Red Hat” infrastrukturuna sızdıqlarını iddia etdikləri bildirilir.
Şirkət baş verənlərə görə təsirlənmiş müştərilərdən üzr istəyib və gələcəkdə oxşar halların qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.
Eltac Zülfüqaroğlu
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU
Çin avtomobil istehsalçıları arasında ən pis vəziyyətdə olan "BYD"dir
Ekspertlər 2026-cı ilin ən yaxşı 5 krossoverini açıqladı
ABŞ şirkəti 605 minə yaxın avtomobili geri çağırdı: Səbəb bu imiş - RƏSMİ
Məşhur şirkət yeni ağıllı qış təkərlərini təqdim etdi - FOTO
Havanın temperaturu elektromobilin qət etdiyi məsafəni azaldır - ARAŞDIRMA
Alman avtomobil nəhəngi yeni helikopterini təqdim etdi - FOTO
“Lada” üçün 20 ilin ən pis ayı
Yaxın Şərqdəki böhran avtomobil sənayesinə necə təsir edəcək?
Anar Ələkbərov AAF-nin tərəfdaş şirkətləri ilə görüş keçirdi – FOTOSESSİYA










