“Rus maşınları” ilə bağlı nə baş verir: “Heç kimin maşını məcburi əlindən alınmır”

Azərbaycanın avtomobil bazarında hər zaman özünəməxsus çəkisi olan “Lada” markasının bir çox modellərində bahalaşma olduğu deyilir.
Məlumata görə, şirkətin “Qranta”, “Kalina”, “Larqus” və “Priora” kimi modellərində kəskin qiymət artımı özünü göstərir. Eyni zamanda, “VAZ 2107”, “VAZ 2106” və “VAZ 2115” kimi buraxılış ili köhnə olan və istehsalı artıq dayandırılmış modellərdə də bahalaşma var.
Məsələn, elan saytlarının birində satışa çıxarılan buraxılış tarixi 2011-ci il olan “VAZ 2107” modeli maşının qiyməti 12 min manatdır. 1975-ci ilin “VAZ 2106”sı isə 14 min manata təklif olunur. “Lada”nın yeni modellərində də nisbi qiymət artımı var. Şirkətin “Priora”, “Qranta” və “Kalina” kimi modellərində buraxılış ili və yürüş məsafəsindən asılı olaraq, 25-30 faiz bahalaşma özünü göstərir.
Rus maşınlarına olan bu tələb və maraq nədən qaynaqlanır?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, hazırda Azərbaycanda avtomobil bazarında durğunluq müşahidə edilir:
"Bu durğunluq 2 ilə yaxındır davam edir və hazırda da qiymətlərdə kəskin yüksəlmə müşahidə edilmir. Dekabr ayında dillerlər və distribütorlar yeni avtomobillərin qiymətində endirimlər təklif edirlər".
O qeyd edib ki, Rusiya avtomobillərinin qiymətinin ölkədə 30% yüksəlməsi müşahidə edilmir:
"Hesab edirəm ki, bu, sadəcə təklif ola bilər. Real baxdıqda, bazar özü qiymətləri tənzimləyir. Bu xəbərin faktiki alqı-satqı ilə əlaqəsi yoxdur. Köhnə nəqliyyat vasitələrinin də kütləvi olaraq utilizasiyaya verilməsi şayiədir. Bu günə qədər cəmi 45 köhnə avtomobil utilizasiyaya verilib. Bu proses də könüllüdür, heç kimin maşını məcburi olaraq əlindən alınmır. Kütləvi utilizasiya olsaydı, köhnə maşınların qiyməti artmaq yerinə, azalardı".
(cebhe.info)
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO











