Rüsum artır, Çin maşınları isə azalmır – SƏBƏB

2024-cü ildə Avropa İttifaqı ucuz Çin avtomobillərinin idxalının qarşısnı almaq üçün rüsumları artırdı. Şirkətlərə dövlət dəstəyini əsas gətirən rəsmi Brüssel hər çinli istehsalçıya fərqli rüsum tətbiq etdi. Bəs 2 ildən sonra nəticə necə oldu?
Avtosfer.az xəbər verir ki, vəziyyəti “Transport & Environment France” (T&E) təşkilatı araşdırıb. Təşkilatın hesabatına görə, kağız üzərində vəziyyət yaxşılaşıb. 2026-cı ilin birinci rübündə Avropa bazarında Çin elektromobillərinin payı 17 faizə enib. Halbuki, 2024-cü ilin ortalarında göstərici 22 faiz idi. T&E bu geriləməni Avropanın zəfəri hesab etmir. Çin zavodları istehsalın bir qismini digər Asiya ölkələrinə köçürüb. Çin avtomobillərinin Avropa bazarına illik ixracı 350 min ədəd ətrafında sabitləşib.
Bununla yanaşı, Çin istehsalı olan Avropa modellərinin payı 2 ildə 38 faizdən 23 faizə enib.
Görülən tədbirlərə rəğmən Çin avtomobillərinin qiymətində ciddi artım müşahidə edilməyib. Digər tərəfdən, çinli istehsalçılar hazırda rüsum tətbiq edilməyən doldurulabilən hibridlərlə bazarı doldururlar. Bunun üçün də müvafiq qanun hazırlanır.
Təşkilat hesab edir ki, Avropa Komissiyasının ekoloji normaları sərtləşdirməsi qitənin istehsalçılarını model sayını azaltmağa vadar edir. Nəticədə Avropa bazarında Çin elektromobillərinin payı artır.
Hesabat müəllifləri deyirlər: Bura qədər danışılanlar bu günün mənzərəsidir. Türkiyə, İspaniya və Macarıstandakı zavodları istehsala başladıqda isə, çinlilər Avropa bazarında avtomobillərini ümumiyyətlə rüsumsuz sata biləcəklər.
Vüqar Yaşaroğlu
Almaniyada elektromobillər ucuzlaşdı
"BMW"nin dizayneri Rusiya vətəndaşı oldu
1,7 litr mühərrikli sonuncu “Niva” konveyeri tərk etdi - FOTO
Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT
Bu ölkədə “Lexus” almağa icazə verilmir
Tarixə qovuşmuş avtomobil markası dirçəldilir - ÇİNƏ GÖRƏ - FOTO
Müşavir: Çinlilər Avropa bazarını götürmək istəyir - FOTO
Süni intellekt səhv etdi, istehsalçı “boz saqqalıları” geri çağırdı
Rusların “kitayski Toyota” müəmması
Ən etibarlı avtopilot sistemləri olan avtomobillər açıqlandı
Rusların pirat "BMW"si orijinaldan bahadır










