Sürücülərin ən çox narazı olduğu 11 avtomobil - Onları almağa dəyməz

Birinci yeri tutan modeli sahiblərin yalnız 34 faizi tövsiyə edib. Bəzi avtomobillər sahiblərini tamamilə məyus edəbilər. Bunun bir çox səbəbi var, o cümlədən aşağı etibarlılıq və keyfiyyətsiz yığım. Avtosfer.az "Lent.az"a istinadən bildirir ki, Consumer Reports sahiblərinin ən çox narazı olduğu avtomobilləri müəyyənləşdirib. Reytinqdə adi avtomobillər, krossoverlər və yolsuzluq avtomobilləri yer alıb.
Sahiblərinin ən çox narazı olduğu 11 avtomobil:
1. Jeep Grand Cherokee PHEV
2. Jeep Compass
3. Volkswagen Taos
4. Mazda CX-90 PHEV
5. Nissan Sentra
6. Toyota Corolla Cross
7. Mercedes-Benz C-Class
8. Infiniti QX60
9. Audi Q8 E-Tron
10. Nissan Altima
11. Audi Q4 E-Tron
Jeep Grand Cherokee PHEV hibrid avtomobili ən aşağı məmnunluq reytinqinə sahib olub. Sahiblərin yalnız 34 faizi bu avtomobili tövsiyə edəcəklərini bildirib. Ekspertlər əsas problem kimi Jeep Grand Cherokee PHEV-in öz sinfi üçün nisbətən yüksək yanacaq sərfiyyatını göstəriblər. Bundan əlavə, daxili yanma mühərrikinin hibrid versiyası sırf yanma mühərriki modelindən xeyli bahadır.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












