Tarixdəki ilk "Ferrari"nin kədərli aqibəti - Gözlənilməz son

İtaliyanın "Ferrari” şirkəti dünyanın ən məşhur idman avtomobili istehsalçılarından biridir. Lakin şirkətin qurucusu Enço Ferrari tərəfindən hazırlanan ilk avtomobillərin taleyi uğurlu olmayıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə "Supercar Blondie" yazıb. Söhbət "Auto Avio Costruzioni 815” modelindən gedir. Ümumilikdə bu avtomobildən cəmi iki ədəd istehsal olunub. Tarix 1938-ci ilə gedib çıxır. Enço Ferrari həmin dövrdə "Alfa Romeo” şirkətindən ayrılaraq "Auto Avio Costruzioni” adlı öz şirkətini yaradır. Şirkət ilkin mərhələdə İtaliya hökuməti üçün aviasiya hissələrinin istehsalı ilə məşğul olurdu. 1939-cu ilin dekabrında şirkətə məşhur "Mille Miglia” yarışında iştirak etmək üçün iki yarış avtomobili hazırlamaq sifarişi verilir. Beləliklə "Auto Avio Costruzioni 815” modeli ortaya çıxır. Avtomobillərdən biri yarışda ümumi hesabda 10-cu yeri tutur və 1,5 litrlik mühərrik kateqoriyasında lider olur. Lakin Enço Ferrari sonradan etiraf edib ki, tələsik istehsal və testlərin kifayət qədər aparılmaması ciddi problemlərə səbəb olub. Onun sözlərinə görə, çox tələsik yığılan bu avtomobil gözlənilən nəticəni vermədi və layihə uğursuz oldu. II Dünya müharibəsinin başlaması ilə layihənin inkişafı dayandırılır və iki avtomobil fərqli talelər yaşayır. Birinci avtomobil sonradan utilizasiyaya göndərilir və pres altında məhv edilir. İkinci avtomobil isə daha şanslı olur və günümüzə qədər qorunub saxlanılır. Həmin avtomobil italyan pilot Enriko Beltrakkininin əlinə keçir və o, bu maşınla yarışlarda da iştirak edir. 1946-cı ildə Turin Qran-prisində ikinci yeri qazanır. Daha sonrakı illərdə avtomobil müxtəlif kolleksionerlərin əlinə keçərək satılıb-alınır. Nəticədə məşhur italyan kolleksiyaçı Mario Riqiniyə məxsus olur və hazırda İtaliyanın Kastelfranko-Emiliya şəhərində saxlanılan kolleksiyada qorunur.
Qeyd edək ki, dünyada ən böyük "Ferrari” kolleksiyası Bruney sultanı Həsənal Bolkiahə məxsusdur. Onun kolleksiyasında təxminən 450 "Ferrari” modeli yer alır. Bu kolleksiyada 250 LM, 365 GTS/4 Daytona Spider və 288 GTO kimi nadir avtomobillər də var.
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar










