Tarixə qovuşmuş avtomobil markası dirçəldilir - ÇİNƏ GÖRƏ - FOTO

“Stellantis” qrupu “Autobianchi” markasını dirçəltməyi planlaşdırır.
Avtosfer.az xəbər verir ki, ötən əsrin 50-ci illərində ortaya çıxan marka 1996-cı ildən istehsalı dayandırıb. FİAT-ın törəməsi olan şirkət vaxtilə kifayət qədər populyar olub. İndi də bu markanın bir modeli “Pandina” adı ilə satışa çıxarılıacaq.
Bəs “Stellantis”in bu qədər əmtəə nişanına sahib olduğu dövrdə köhnə markanı dirçəltməkdə marağı nədir?
Qrupun məqsədi əmtəə nişanını qorumaqdır. İtaliyada bir neçə ilə əvvəl qəbul edilmiş qanuna görə, 5 ildən çox müddətdə istifadə edilməyən tarixi adlar dövlət tərəfindən alına bilər.
Qrupun mütəxəssislərinin fikrincə, ad çinli istehsalçıları maraqlandıracaq. Hansısa məhsulun yerli adla təqdimatı onun bazarda nüfuzunu daha da artırar. “Autobianchi” çinlilərin əlinə düşməsin deyə, qrup bu adla məhdud sayda olsa da maşın istehsal etmək istəyir.
Vüqar

ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












