“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR

“Tesla” şirkəti elektrikli pikap modeli “Cybertruck”ın Avstraliya və Yeni Zelandiyada satışa çıxarılması planından imtina edib. 2019-cu ildən avtomobili gözləyən müştərilərin rezervasiyaları ləğv olunacaq, ödədikləri 150 dollar məbləğində beh isə geri qaytarılacaq.
Avtosfer.az xəbər verir ki, şirkət qərarını müştərilərə elektron poçt vasitəsilə bildirib. Lakin satış planından imtinanın konkret səbəbi açıqlanmayıb.
“Tesla” narazılığı azaltmaq üçün rezervasiya sahiblərinə yeni “Model 3” və ya “Model Y” avtomobili aldıqları halda, “Tam Avtonom İdarəetmə (nəzarət altında)” sistemindən 12 ay pulsuz istifadə imkanı təklif edib. Adətən bu xidmət üçün aylıq 149 dollar ödənilir.
Qeyd edək ki, “Cybertruck” 2019-cu ildə təqdim olunanda Avstraliyada da ilkin sifarişə açılmışdı. Sonrakı illərdə avtomobilin müxtəlif sərgilərdə nümayiş etdirilməsi modelin həmin bazara çıxacağı ilə bağlı gözləntiləri artırmışdı.
Avtomobilin satışına mane olan əsas amillər arasında yüksək xərclər və yerli qanunvericiliyin tələbləri göstərilir. ABŞ-da başlanğıc qiyməti təxminən 75 min dollar olan modelin Avstraliya bazarına gətirilməsi, vergilər və digər xərclər əlavə olunduqdan sonra daha baha başa gələ bilərdi.
Bundan başqa, avtomobilin Avstraliyada istifadəyə uyğunlaşdırılması, o cümlədən sükan sistemində dəyişikliklər edilməsi zərurəti də əlavə xərc yarada bilərdi.
Beləliklə, “Tesla” “Cybertruck”ın Avstraliya və Yeni Zelandiyada satışa çıxarılması planını dayandırıb. Şirkətin bu qərarı verməsinin dəqiq səbəbi isə hələlik məlum deyil.
Eltac Zülfüqaroğlu
1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO
“Toyota”nın Avropada rekordu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir












