Banner

“Toyota”nın Avropada rekordu

Avtodünya 26 Oktyabr 2026 15:11
“Toyota”nın Avropada rekordu
WhatsApp kanalımıza abunə olun

Bu ilin ilk 9 ayında Avropada 936 042 ədəd “Toyota” və “Lexus” satılıb.

Avtosfer.az xəbər verir ki, satışlar illik əsasda 0,6 fazi artıb. Gündoğar ölkənin şirkətinin Avropa bazarında payı 7,1 faizə çatıb.

Bununla belə, satışın strukturunda mühüm dəyişiklik yoxdur. Satılan maşınların əksəriyyədi hibrid və tam elektrikli modellər olub. Sözügedən kateqoriyadan olan maşınların satışları 13 faiz artaraq 813 623 ədəd olub. Şirkətin Avropadakı satışlarının 87 faizi hibrid və elektromobillərin payına düşüb.

Hesabat dövründə qitədə 104 832 “Toyota” və “Lexus” markalı elektromobil  satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 136 faiz çoxdur.

Vüqar

Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh