Turizm şəhərinin qorxunc itləri - FOTO

Şəkidə turizm infrastrukturu sahəsində son illərdə kifayət qədər ciddi işlər görülüb. Bu işlər də artıq öz nəticəsini göstərir.
Əgər 10 il əvvəl şəhərin tarixi hissəsindən keçən Qurcana çayında siçovullar qaynaşırdısa (vaxtilə Avtosfer.az olaraq bu məsələni tənqid etmişik), indi ərazidə səliqə-sahman hökm sürür. Turizmin ən qaynar vaxtı olan avqust ayında belə, münasib qiymətə otel və ya hostel tapmaq mümkündür.
Bunlar təqdirəlayiq işlər olaraq öz yerində. Lakin, həlli mümkün olsa da, əhəmiyyət verilməyən bəzi problemlər görülən böyük işlərə kölgə salır. Bir neçə gün əvvəl şəhərin mərkəzində gördüyüm hadisə yumşaq desək, aruzolunan deyildi:
Nakam kitabxanası qarşısında səhər saatlarında turistləri itlərin hücumundan kommunal təsərrüfat işçiləri xilas etdilər. İstər-istəməz insanın ağlına bu fikir gəlir: ictimai təhlükəsizliyin yüksək səviyyədə olduğu şəhərdə sahibsiz itlərlə bağlı təhlükəni aradan qaldırmaq mümkün deyilmi?
Şəhər yuxarı hissəsində yaşayan sakinlərdən biri mənimlə söhbətində bildirdi ki, yaşadığı ərazidə hər gün yeni itlər peyda olur: “itlərin qulağına birka vuraraq bizim məhəlləyə buraxırlar”.
Belə görünür, şəhər təsərrüfatına məsul olan şəxslər “Əlinin papağını Vəlinin başına” prinsipi ilə işləyirlər.
Vüqar
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
















