“Volkswagen”, BMW və “Porsche”də böyük İXTİSARLAR

Almaniyanın aparıcı avtomobil istehsalçıları “Volkswagen”, BMW və “Porsche” genişmiqyaslı ixtisarlara başlayıb.
Avtosfer.az xəbər verir ki, buna Çin avtomobil istehsalçılarının qlobal bazarda güclənməsi, elektromobillərə keçid və artan xərclər səbəb olub.
Məlumata görə, “Volkswagen” yüzlərlə rəhbər vəzifəni ləğv edir və 2030-cu ilədək əlavə 50 min iş yerinin ixtisarını planlaşdırır.
“Porsche” ofis əməkdaşları da daxil olmaqla daha 5 min nəfəri, BMW isə 2027-ci ilin sonunadək təxminən 8 min əməkdaşını könüllü ayrılma proqramı çərçivəsində ixtisar etməyi hədəfləyir.
Bildirilir ki, hazırda Almaniyada işdən çıxarılan yüksək vəzifəli menecerlərin sayı açıq vakansiyalardan daha çoxdur. Mütəxəssislər bunu ölkənin avtomobil sənayesində son illərin ən böyük yenidənqurma proseslərindən biri kimi qiymətləndirirlər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












