Banner

Yaponiyanın avtomobil sənayesində xammal böhranı

Avtodünya 28 Oktyabr 2026 16:00
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
WhatsApp kanalımıza abunə olun

Avtomobil sənayesi ciddi xammal qıtlığı ilə üzləşib.

Avtosfer.az xəbər verir ki, söhbət ittirium nadir metalından gedir. Kimyəvi xüsusiyyətlərinə görə bu metal avtomobil sənayesində əvəzsizdir. Ondan daxiliyanma mühərrikləri üçün zondlar, mühərriklərin elektron idarəetmə blokları, faralar və dözümlü alışdırma şamlarının istehsalı üçün istifadə olunur. 

Təchizatla bağlı ən ciddi çətinlik isə Yaponiyadır. Səbəb Gündoğar ölkədəki “Just in time” idarəçilik mədəniyyətidir. Yəni, Avropa və keçmiş SSRi-dən fərqli olaraq məhsul və yarımfabrikatlar böyük anbarlarda toplanmır, gələn kimi istehsala verilir. 

Bu yolla istehsalda çeviklik yaranır, saxlama xərcləri olmadığı üçün maya dəyəri də aşağı düşür. Müasir dövrdə isə bu yanaşma risk yaradır. Hansısa məhsulun təchizatı kəsildikdə istehsalın dayanma riski böyükdür.

Yaponiya ittiriumun böyük idxalçıları arasındadır. Bu məhsulun ən böyük istehsalçısı isə Çindir.

Vüqar

Oxunub : 38
ŞƏRH YAZ
Ad

E-mail

Şərh